Menu

Ukraynalı pilotlar F-16 qırıcı təyyarələri ilə təlim keçmək üçün Danimarkaya gedib

22.08.2023, 18:13
Ukraynalı pilotlar F-16 qırıcı təyyarələri ilə təlim keçmək üçün Danimarkaya gedib

Ukraynanın 8 pilotu F-16 qırıcı təyyarələri ilə təlim keçmək üçün Danimarkaya gedib.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, onlar Skrudstrupdakı aviabazada təlim keçəcəklər.

Qeyd edək ki, avqustun 18-də media ABŞ-nin F-16 təyyarələrinin Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsinə razılıq verdiyi barədə məlumat yayıb. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan vurğulayıb ki, Ukrayna pilotların təlimi başa çatdıqdan sonra qırıcı təyyarələr alacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol