Menu

Avropa çempionatı: Azərbaycan millisi qrupun son oyununda İsveçə məğlub olub

24.08.2023, 00:55
Avropa çempionatı: Azərbaycan millisi qrupun son oyununda İsveçə məğlub olub

adın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun son matçında İsveçlə qarşılaşıblar.

Yığmamız rəqibdən yalnız bir set ala bilib. Ümumi nəticədə isə isveçlilər 3:1 (25:17, 17:25, 25:21, 25:18) hesablı qələbə qazanıblar.

Digər matçda Yunanıstanı 3:0 hesabı ilə üstələyən Türkiyə millisi qrup birinciliyini təmin edib. Azərbaycan seçməsi isə 5-ci pilləyə düşüb. Millimiz yalnız bir halda qrupda dördüncü yeri tutaraq, növbəti mərhələyə adlaya bilər. Bunun üçün Çexiya son tur oyununda "quru" hesabla uduzmalıdır.

Qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə - Almaniya oyunları ilə yekun vurulacaq.

KomandalarOQMT-FX
1Türkiyə44012-112
2Almaniya4229-77
3İsveç4227-85
4Çexiya4227-85
5Azərbaycan5238-115
6Yunanıstan5145-134

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol