Menu

PRİQOJİNƏ SUİ-QƏSDƏ İLK ŞÜBHƏLİ – Hüquq-mühafizə orqanları onu axtarır

24.08.2023, 14:56
PRİQOJİNƏ SUİ-QƏSDƏ İLK ŞÜBHƏLİ – Hüquq-mühafizə orqanları onu axtarır

Yevgeni Priqojinin təyyarəsinin partladılması olayında ilk şübhəli müəyyən olunub.

“AzPolitika.info” xəbər verir ki, Rusiya xüsusi xidmət orqanlarına yaxın olan “Cheka-OGPU” “Teleqram” kanalı bu barədə yazıb.

Qeyd olunur ki, bu şəxs Priqojinin şəxsi pilotu və MNT Aero-nun keçmiş təsisçisi - qəzaya uğrayan təyyarənin sahibi Artem Stepanovdur. Hüquq-mühafizə orqanları onu axtarsa da tapa bilmir.

Bildirilir ki, Stepanovun təyyarəyə giriş imkanı olub. Partlayışdan əvvəl isə StepanovKamçatkaya gedib və orada yoxa çıxıb. Qardaşı isə bildirib ki, Stepanovla 3 gündür əlaqə saxlaya bilmir.

Kanal yazır ki, Stepanov hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə şəkildə axtarılır və bəlkə də o, artıq Rusiya Federasiyasında deyil.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol