Menu

İstanbulda əməliyyat - Ölən və yaralanan var

25.08.2023, 10:23
İstanbulda əməliyyat -  Ölən və yaralanan var

Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda keçirilən narkotik əməliyyatında şübhəlilərin atəş açması nəticəsində 1 polis əməkdaşı həlak olub, digəri yaralanıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, yaranan qarşıdurmada biri ölü, ikisi yaralı olmaqla 3 şübhəli ələ keçirilib.

Əraziyə cəlb edilən özəl hərəkat polisi əməliyyatlarını davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol