Xəbər verildiyi kimi, bu ilin iyun ayında “Vaqner” döyüşçülərinin Priqojinin rəhbərliyi altında Rusiyada başlatdığı qiyam uğursuz olmuşdu. Həmin vaxt Rusiya lideri Vladimir Putin baş verənlərə kəskin münasibət bildirmiş, Priqojinin bu addımını xəyanət adlandırmışdı.
Bundan sonra aparıcı media orqanları, eləcə də bir çox siyasilər Putinin bu xəyanəti bağışlamayacağını və Priqojinin yaxın vaxtlarda öldürülə biləcəyini deyirdilər. Hazırda da “Vaqner”-i xəyanətdə ittiham edən Putinin Priqojinin ölümünün arxasında dayanan birinci şəxs olduğu güman edilir.

Əslində Putinin bundan öncəki düşmənlərinin müəmmalı ölümləri və üzləşdikləri sui-qəsdlər bu hadisənin də arxasında Rusiya liderinin olma ehtimalını gücəndirir.
“AzPolitika.info” bundan əvvəl Putinə düşmən olan bəzi şəxslərin başına gələn hadisələri təqdim edir:
Aleksey Navalnı

Vladimir Putinin ən çox qorxduğu adlardan olan rusiyalı siyasi fəal Aleksey Navalnı 20 avqust 2020-ci ildə Tomskdan Moskvaya uçarkən sinir iflicinə səbəb olan “noviçok” adlı kimyəvi maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilimişdi.Tibbi evakuasiya reysi ilə koma vəziyyətində Berlinə köçürülən Navalnı, 5 aylıq müalicənin ardından sentyabrın 22-də evə buraxılmış, ölkəsinə qayıtdıqdan sonra isə həbs edilmişdi.
Sergey Skripal

Böyük Britaniyaya qaçan keçmiş KQB agenti Sergey Skripal və qızı Yuliya 2018-ci ilin mart ayında Solsberi şəhərindəki ticarət mərkəzinin qarşısında huşsuz vəziyyətdə tapılmışdı.
Britaniya hakimiyyəti Skripalın və qızının eyni qaydada “noviçok”dan zəhərləndiyini açıqlamışdı.
Vladimir Kara-Murza

Siyasi fəal Kara-Murza bildirmişdi ki, 2015 - 2017-ci illər ərzində onu bir neçə dəfə zəhərləməyə cəhd ediblər. Almaniyada həkimlər Kara-Murzanın daxili orqanlarında insan sağlamlığı üçün təhülkəli olan yüksək səviyyədə civə, mis, manqan və sink maddələri aşkar etmişdi. Həmin vaxt Rusiya hökuməti sözügedən zəhərlənmə faktlarını təkzib etmişdi.
Aleksandr Perepiliçnı

44 yaşlı Perepiliçnı 2012-ci ilin noyabrında Rusiyadan Britaniyaya qaçışdan sonra London kənarındakı mülkün yaxınlığında ölü tapılıb. O, 2009-cu ildə Rusiya tərəfindən çirkli pulların yuyulması ilə bağlı təhqiqatda İsveçrəyə kömək etdikdən sonra Britaniyaya sığınıb. Onun qəfil ölümü qətlə yetirilmiş ola biləcəyinə dair ehtimalları artırmışdı. Onun az tapılan nadir zəhər vasitəsilə qətlə yetirildiyinə dair şübhələr var idi. Perepiliçnının mədəsindən gelsemiumdan hazırlanan ölümcül zəhərin izlərinin tapıldığı barədə məlumatlar yayılmışdı. Onun yediyi şorbadan zəhərləndiyi güman olunurdu. Rusiya hadisədə iştirakını rəsmi səviyyədə rədd edib.
Aleksandr Litvinenko

Keçmiş KQB agenti və Putinə müxalif Litvinenko 2006-cı ildə Böyük Britaniyada olarkən radioaktiv “Polonium-210” ilə qarışdırılmış yaşıl çay içdikdən sonra zəhərlənmişdi. Həkimlərin səylərinə baxmayaraq, o, 43 yaşında Londonda xəstəxanada vəfat etmişdi. Beynəlxalq ekspertlərin araşdıarmaları nəticəsində məlum olmuşdu ki, bu sui-qəsd məhz Putinin əmri əsasında icra olunub.
Anna Politkovskaya

Rus jurnalist və yazıçı 2004-cü ildə Rusiyanın Beslan şəhərində baş verən “Beslan məktəb qətliamı”nın olduğu bölgəyə gedərkən təyyarədə zəhərlənmişdi. Daha sonra bir neçə dəfə hücuma məruz qalmış, 2006-cı il oktyabrın 7-də 48 yaşında Moskvadakı evinin qarşısında qətlə yetirilmişdi.
Viktor Yuşşenko

O vaxt Ukrayna müxalifətinin lideri olan Viktor Yuşşenko 2004-cü ildə keçirilən prezident seçkiləri kampaniyası zamanı Rusiyayönümlü baş nazir Viktor Yanukoviçə qarşı Qərbyönümlü namizəd kimi mübarizə apardığı dövrdə zəhərlənib. O, Ukrayna təhlükəsizlik xidmətinin rəsmiləri ilə Kiyevdən kənarda nahar edərkən zəhərləndiyini bildirib. Rusiya zəhərlənmə ilə əlaqəsini təkzib edib.
Müayinələrlə onun bədənində adi haldan 1000 dəfə çox dioksin olduğu müəyyən edilib. Zəhərlənmədən onun üzü və bədənində yaralar əmələ gəlib. Yuşşenko zəhərlənmə ucbatından 10-larla əməliyyat keçirməli olub. O, Ukrayna Ali Məhkəməsinin "narıncı inqilab" adlandırılan küçə etirazları zamanı Yanukoviçin qalib elan edilməsi ilə bağlı nəticələrini ləğv etməsindən sonra təkrar seçkilərdə qalib gəlib və prezident seçilib.
“AzPolitika.info”

Şərhlər
Avamlıq, nadanlıq, aqılsızlıq ucbatından, dost və düşmənini ayırd etməyi bacarmayan , uzaqgörən olmayan, məhdud düşüncəli , hiyləgər olmayan bir kütbeyin adam, hətta belə səhvi buraxmaz,
necə ki, Rpiqojin və Utkin ( Vagner hərbi komandiri - hərbi rəhbəri ) bir təyyarədə , birlikdə , uçuşa razılıq veriblər, məgər bunlar bilmirdilər ki, paxan fyurer, bunlardan qisas almaqa fürsət ,
məqam , şərait - an gözləycək ?????????????