Menu

Krıma və Sevestapola kütləvi dorn hücumu – Rusiya 42 PUA-nın vurulduğunu açıqlayıb

25.08.2023, 12:26
Krıma və Sevestapola kütləvi dorn hücumu – Rusiya 42 PUA-nın vurulduğunu açıqlayıb

Avqustun 25-nə keçən gecə Rusiyanın işğal etdiyi Krım və Sevastopol pilotsuz təyyarələrin hücumuna məruz qalıb. 

“AzPolitika.info” xəbər verir ki, yerli teleqram kanalları bu barədə məlumat verir və uçan dronların səsinin eşidildiyi videolar dərc edir.

Rusiya Müdafiə Nazirliyi ötən gecə yarımada üzərində Ukraynaya məxsus 42 pilotsuz təyyarəsinin məhv edildiyini iddia edir. Nazirliyin press-relizində deyilir ki, doqquz PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, 33-ü elektron müharibə vasitələri ilə düşürülüb və ya hədəfə çatmadan qəzaya uğrayıb.

Sevastopolun qubernatoru Mixail Razvojaev də bildirib ki, Xerson burnu ərazisində hava hücumundan müdafiə qüvvələri dəniz üzərində bir neçə pilotsuz uçan aparatı məhv edib.

Dünən səhər saatlarında bir qrup Ukrayna hərbçisi Krım ərazisinə enərək “xüsusi əməliyyat” keçirib. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin (GUR) Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib. Avqustun 23-də Ukrayna hərbçiləri Tarxankut burnunda yerləşən Rusiyanın S-400 qurğularından birini məhv etdiyi barədə məlumat verib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol