Menu

"Rusiya və Türkiyə liderləri yaxın zamanda görüşəcək" - Kreml

25.08.2023, 14:55
"Rusiya və Türkiyə liderləri yaxın zamanda görüşəcək" - Kreml

Rusiya və Türkiyə liderləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan yaxın zamanda görüşəcək.

APA xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdən sonra bildirib.

Peskovun sözlərinə görə, görüşün detalları diqqətlə hazırlanır və bu görüş tezliklə baş tutacaq:

“Görüşün dəqiq nə vaxt və harada baş tutacağı barədə ən qısa zamanda məlumat verəcəyik”, - deyə Kreml sözçüsü qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol