Menu

ABŞ hökuməti 330 milyon təzminat ödəməlidir... - İran məhkəməsi qərar verdi

26.08.2023, 16:20
ABŞ hökuməti 330 milyon təzminat ödəməlidir... - İran məhkəməsi qərar verdi

İran məhkəməsi 1980-ci ilin iyulunda baş vermiş “Nojeh” adlandırılan çevriliş zamanı vurulmuş fiziki və mənəvi ziyana görə ABŞ hökumətinin 330 milyon dollar təzminat ödəməli olduğuna dair qərar çıxarıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Tasnim” agentliyiməlumat yayıb. Qeyd olunur ki, çevriliş cəhdində həlak olan iranlıların ailələri, eləcə də sui-qəsdin qurbanı olmuş şəxslərlərin yaxınları ABŞ hökuməti və digər 7 müttəhimdən Tehran Ədliyyə Departamentinin Beynəlxalq Məsələlər üzrə 55-ci şöbəsinə şikayət ediblər.

Qərara görə, iddiaçılara 30 milyon dollar maddi, mənəvi zərərə görə 300 milyon dollar cəza təzminatı ödənilməlidir.

“Neojeh” əməliyyatı kimi tanınan uğursuz dövlət çevrilişi 1980-ci ilin iyulunda yeni yaradılmış İran İslam Respublikası və onun hökumətini devirmək üçün ABŞ tərəfindən hazırlanmış bir plan idi”, - agentlik yazır.

Əməliyyatın uğursuzluğa düçar olmasından sonra bu planda iştirak edən yüzlərlə insan, o cümlədən pilotlar və ordu komandirləri həbs edilib. Onların əksəriyyəti edam edildikdən bir neçə ay sonra İraq İrana qarşı 8 illik müharibəyə başlayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol