Menu

"Vulkan"da intihar yox, qətl baş veribmiş - DİN

24.11.2014, 16:26
"Vulkan"da intihar yox, qətl baş veribmiş - DİN

Bir neçə gün əvvəl Bakıda "Vulkan" otelində baş vermiş intihar hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi yeni məlumat yayıb. Məlumatda hadisənin intihar olmadığı, Afaq Şükürovanın qətlə yetirildiyi bildirilir. 

"Noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirmiş qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulmuşdur."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol