Rusiyanın Pskov vilayətində hərbi aerodromda pilotsuz təyyarənin hücumu nəticəsində dörd İl-76 təyyarəsi zədələnib.
APA xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Pskov vilayətinin qubernatoru Mixail Vedernikov öz Telegram kanalında Pskov hava limanına pilotsuz təyyarə ilə hücumu təsdiqləyib.
“Müdafiə Nazirliyi pilotsuz təyyarələrin Pskov hava limanına hücumunun qarşısını alır. Hadisə başlayandan şəxsən mən hadisə yerində olmuşam”, - deyə vilayət rəhbəri açıqlamasında bildirib.
Qeyd edək ki, Pskov şəhəri Ukrayna sərhədindən təxminən 700 km məsafədə yerləşir.

Şərhlər
Kremlə bircə kiçik aerodrom da kifayətdir! Onun liderinin bircə ideoloqu ilə SSRİ ilə SB, Varşava müqaviləsini qərb bazarına REFERENDUMa zidd satması, artıq hər SUBYEKTİN ümumxalq-dövləti deyil. yalnız ÖZƏL olacağı anonsunu onda verib! Hazırki MDB, KTMT da birlik maskaradı ilə Azərbaycanı, Gürcüstanı, Moldovanı və Ukraynanı işğalla dağıdıb, ÖZƏLliklə ortaqca qərbin istismarına vermək məramı deyilmi? Kremlyanları heç Rf da taleyi maraqlandırmır!?