ERMƏNİSTANDA AVROMİSSİYA: UZAQ KANADANI HƏRBİ SƏNGƏRƏ GƏTİRƏN QÜVVƏLƏR - Səbəblər və mümkün təhdidlər
Vətən müharibəsinin mühüm nəticələrindən biri də Cənubi Qafqazda geopolitik düzəni kardinal dəyişməsi oldu. Qəfil başlayan savaş 90-cı illərdən sonra formalaşan Qərbin strateji dominantlığına böyük zərbə oldu, qardaş Türkiyənin regionda hərbi rolunu və təmsilçiliyini artırdı, yeni siyasi arxitektura quruculuğuna şərait yaratdı. Prezident İlham Əliyevin Ermənistanla sülh gündəliyini formalaşdırıması danışıqların hazırki durumundan və gələcəyindən asılı olmayaraq, xarici qüvvələrin planlarını açmaq və deşifrə etmək baxımından müstəsna əhəmiyyət daşıdı. Belə ki, son iki ildə regiona qayıtmaq istəyən NATO qüvvələrinin başlıca mıəqsədi Rusiya, İran və Türkiyənin tarixən hökmranlıq etdiyi coğrafiyada hərbi cəhətdən yerləşmək, iqtisadi-siyasi qərarları ələ almağa imkan qazanmaqdır. Düz bir əsr əvvəl də belə olmuşdu. Gürcüstanda alman hərbi birləşmələri, Azəırbaycanda ingilis donanması və generalları, Ermənistanda amerikan instruktorları bu ilin fevralından hələlik 100 nəfərlik heyətlə missiyasına başlayan və strateji hədəfdə NATO-nun regionda yerləşməsini təmin edəcək, Göyçə gölü ətrafında lövbər salan Markus Ritter adlı hərbi rəhbərin gündəlik iki dövlətin hərbi hərəkətlərini izləməsidir.
Xatırladaq ki, ötən ilin 6 oktyabrında Fransa prezidentinin də yer aldığı 4-lü Praqa görüşündə Azərbaycan liderinin özünəxas iradə ilə ölkəmizdə xarici hərbi qüvvələrin, missiyaların yerləşməsinə qarşı çıxması İlham Əliyevin prezidentliyə başladığı dövrdə ətraf regionlarda yaıyılan narıncı vəbaya qarşı dirənişi ilə eyni taleyüklü hadisədir.
“Müharibə göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir”- dövlət başçımız Prezident İlham Əliyevin bu dəyərləndirməsi,postmüharibə dövründə daha da aktuallaşıb.
Vətən müharibəsi ilə bağlı Kanada əsasən 2 xəbərlə: 1. Türkiyəyə hərbi texnika (“Bayraqdar” üçün müşahidə kameraları) ixracını dayandırması; 2.Fransanın başladığı “qondarma”Artsaxı tanı” kampaniyasının Kanada parlamentində keçməməsi -16 səs lehinə, 53 səs əleyhinə- (9 dekabr, 2020) yadda qalıb.
Kanada haqqında qısa məlumat:
Kanada -texnoloji innovasiya, proqram təminatı, kibertəhlükəsizlik, süni intellekt və s. sahələrdə dünyadan istedad və şirkətləri cəlb edən qlobal texnoloji Hub-kimi tanınır.
Ərazisinə görə Rusiyadan sonra 2-ci, dünyada ən uzun sahil xəttinə malik, 38,781,291 milyon əhalisi olan Kanada immiqrant ölkəsidir, hər 4-cü sakini-immiqrantdır. Ötən 2022 -ci ildə Kanada əlavə 1.5 milyon miqrant dəvət edəcəyini bəyan edib. İmmiqrasiya siyasətinin məqsədi iqtisadi olmaqla, gəlmələrə- açıq qapı, daimi yaşamaq icazəsi tanınır, lakin vətəndaşlıq verilmir.
Baş nazir Jastin Tryudo(iqtidar Liberal partiyası)-ardıcıl 5-ci dəfədir ki, bu posta seçilir.( 2008, 2011, 2015, 2019, və 2021.) Son 2021-ci il seçkiləri onun qərarı ilə tam 2 il əvvəl növbədənkənar erkən seçkilər keçirilib, siyasi rəqiblərdə qəzəb,cəmiyyətdə müzakirələrə yol açıb. Belə ki, erkən səsvermə üçün heç bir ciddi səbəb olmayıb. J.Tryudonun atası- Pyer Tryudo da 16 il baş nazir olub (1968-1979;1980 -1984). Kanada 2004-cü ildən qondarma “soyqırımı” tanıyıb, ölkədə 6 “soyqırım” muzeyi var.
Azərbaycanlılar
Kanadada, medianın- AR Diasporla İş üzrə Dövlət Komitəsinə istinad edilən məlumatına görə 170.000-200.000, Vikipediya-ya görə, 275,000 min nəfərdir. Rusdilli mənbələrə görə, Kanadadakı azərbaycanlılar əsasən Azərbaycan, İran, Şərqi Avropa və Türkiyədən gəlib. Onlardan 100 mini Cənublu soydaşlarımız, 50 mini Kanadada doğulan, qalan 125 mini isə başqa ölkələrdən gələnlərdir (https://dic.academic.ru/dic.nsf/ruwiki/1720365).İngilisdilli mənbələrdə rəsmi rəqəm daha az(10 minə yaxın),qeyri-rəsmi-100-minə yaxın kimi göstərilir.
“Miqrant-köç milləti” olan ermənilərin “vətəni”-Kanada
Ermənilər Kanadaya son yüz ilə yaxın müddətdə gəlib. Hazırda 3-cü nəsil erməni diasporundan söhbət gedir. Ölkədə rəsmi 64-70.000(2016-cı il siyahıya alınmasına görə), qeyri-rəsmi hesablamalara görə 100.000-dən artıq erməni yaşayır. Onların böyük əksəriyyəti- Ontario və Quebec-də,qalanları Monreal, Toronto, Vankuver, Kvebek, Sent-Katarin, Ottava və s.də yaşayır. Kanadada həmçinin təxminən bundan bir qədər çox türk icmasının yaşadığı qeyd edilir.
1996-2010-cu illərdə Kanadada ermənilərin sayı 3 dəfə artıb. 2010-cu illərdə müharibədən qaçan minlərlə suriyalı erməni ailəsi burada məskunlaşıb. Təkcə 2015-ci ildə hökumətin sponsorluq agentliyi olan Erməni İcma Mərkəzi 2500, Kanada Erməni Kilsəsinin Yeparxiyası isə 2016-cı ilə 1000 suriyalı erməninin gəlməsini himayə edib.
Vətən müharibəsindən sonra, “köç milləti”olan ermənilərin Kanadaya “qaçqınlıq” fürsəti ilə kütləvi axın etməsi -şübhəsizdir. Son 3 ildə Kanadanın Azərbaycana qarşı münasibətində bu faktor da nəzərə alınmalıdır.Təkcə 2021-ci ildə 103 min erməni xaricə köçüb.
Kanadanın Ermənistanda Missiyaya qoşulması ilə bağlı rəsmi açıqlama
İyulun 19-da Kanadanın 3-cü ölkə statusunda Aİ-nin Ermənistandakı Missiyasına qoşulması “informasiya bombası” effektini yaratdı. Çünki, 2003-cü ildə Aİ-nın “Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti” (CSDP) missiyalarının yaradıldığı vaxtdan bəri Kanada- təyin edilən 37-dən missiyada cəmi 1 dəfə, cəmi 1 nəfərlə qoşulub. Bu Türkiyənin də qoşulduğu, 2006-cı ildən Fələstində yaradılan EUCOPP- “Polisə dəstək” missiyasıdır. https://eupolcopps.eu/page/facts/en
Contributing States: | Currently, all 27 EU Member States as well as Canada, Norway and Turkey can contribute to the Mission. |
Sosial Tədqiqatlar Mərkəzi(STM) son təhlilində 3-cü ölkənin “Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti” (CSDP) missiyalarında iştirakı ilə bağlı təcrübəyə toxunub. İndiyə qədər Aİ-nın CSDP missiyalarına 3-cü ölkə olaraq 45 dövlət qoşulub, Kanada onların 1-də iştirak edib. 3-cü ölkələrin təqdim etdiyi heyət 20 nəfərdən az olmalıdır-məntiqinə diqqət etsək,Kanada bu günlərdə təyin etdiyi 2 nəfərin sayını, missiya müddətinin uzadıldığı təqdirdə 20-yə qədər qaldırması ehtimal edilə bilər Kanadanın Xarici işlər naziri Melani Coli (Melanie Joly)rəsmi açıqlamasında yazıb: “Kanada münaqişənin siyasi sülh yolu ilə dəstəkləməyə və Cənubi Qafqazda sabitliyin təmin edilməsinə sadiqdir. Regionda mövcudluğumuzu buna görə artırırıq. Bu gün Kanadanın Aİ-nin Ermənistandakı missiyasında iştirak edəcəyini elan edirik”.
Hər şey 3 il əvvəl, Kanadanın: “Ermənistan Demokratiyasına dəstək” (Supporting Armenian Democracy) strategiyası ilə başlayıb
Kanadanın Ermənistana “müstəsna” diqqəti Vətən müharibəsindən sonra görünməmiş səviyyəyə çatıb. Bu “diqqətin dönüş nöqtəsi” Baş nazir Jastin Tryudonun təyin etdiyi, o zaman İqtisadi İnkişaf naziri olan Melani Colinin 2018-ci ildə Ermənistana səfəri olub. Müharibədən sonra qərara alınan “erməni demokratiyasına dəstək siyasətinin” məqsədi- məlum olduğu kimi, ümumilikdə regionda qlobal güclərin geosiyasi qarşıdurması çərçivəsində, sülh prosesinə hər vəchlə mane olmaq, Rusiyanı və Türkiyəni bölgədən sıxışdırıb çıxarmaq, yönündə dünya erməniliyinin “patoloji revanşizm”səfərbərliyini, eləcə də, Ermənistanı öz məqsədlərinə alət kimi görən Avroatlantik qüvvələrin, Fransa-Kanada əlbirliyində təfərrüatlarına qədər planlaşdırdığı və s. çoxşaxəli siyasətin addım-addım həyata keçirilməsindən ibarətdir.
Qeyd edək ki, Azərbaycanda indi gündəmə gələn Missiya hələ 3 il əvvəl başlayıb. Cəmi 8 ay işləyən Kanada Xarici işlər nazirinin başlatdığı Missiyalar hazırkı postmüharibə dövründə bölgədə Kanadanın görünməmiş fəallığının əsasını təşkil edir.Baxmayaraq ki, bu mövzu ölkəmizdə mediada adekvat reaksiya və gündəm olmayıb.
2021-ci ildə,Kanadanın sabiq-cəmi 10 ay(yanvar-oktyabr) Xarici işlər naziri olmuş, Mark Qarneau-Kanada Baş nazirinin “Aİ və Avropa üzrə xüsusi nümayəndəsi,Avropa İttifaqındakı xüsusi komissarı” Stefan Dionun “Kanadanın erməni demokratiyasına necə dəstək verə bilməsinin yolları araşdırmaq üçün Xüsusi missiya” həyata keçirəcəyini bəyan edib. Stefan Dion- “Ermənistan üzrə Xüsusi nümayəndə/elçi” təyin edilib.
https://en.aravot.am/2021/06/26/285169/
https://www.international.gc.ca/country_news-pays_nouvelles/2021-07-07-armenia-armenie.aspx?lang=eng
Qatı ermənipərəst deputat, Kanadanın ilk 6 kosmonavtından biri, 2001-ci ildə Kanada Kosmik agentliyinin prezidenti olan Mark Garneau -2015-ci ildə Nəqliyyat, 2021-ci ildə isə cəmi 8 ay Xarici İşlər naziri olub. Bu 8 ayda sözü gedən qüvvələr “kosmonavt-nazirdən”, Jastin Tryudonun vaxtından 2 il tez erkən seçki elan etməsi ilə bağlı ölkədə yaranan hərc-mərclik və konyunkturadan, seçici səsləri faktoruna,erməni diasporun təzyiqinə və s. uyğun olaraq, edəcəklərini edib. Türkiyəyə hərbi texnika ixtracının qadağan edilməsi ilə bağlı qərar da bu “oyuncaq nazirin” qısa müddətli fəaliyyəti dövründə verilib.
Erkən seçki nəticəsində M. Garneau kabineti ilə birgə buraxılır, indiki Melani Joli nazir seçilir. 8 aylıq “Kosmonavt-nazirin” tapşırığı ilə təyin edilən Stefan Dion cəmi 2-3 ay müddətinda sabiq nazirin missiya tapşırığına əsasən nəhəng fəaliyyət həyata keçirir və “Ermənistanda demokratiyaya dəstək” missiyası ilə bağlı J.Tryudonun yeni təyin etdiyi XİN -Melani Joliyə məruzə edir. https://www.international.gc.ca/transparency-transparence/armenia-armenie.aspx?lang=eng
“Ermənistanla bağlı xüsusi missiya”adlı sənədlə tanış olarkən heyrətə gəlməmək mümkün deyil. Sənəd üzərində sanki qlobal erməni diasporu,beyin mərkəzləri çalışıb. Cəmi 2 aya Kanada XİN,xüsusi elçisinin keçirdiyi görüşlərin və dünyada tanınmış ermənilərin siyahısına baxmaq kifayətdir.(Bax:sonda Əlavə edilir)
Sənədin hər bəndi sözün əsil mənasında “dəhşət saçır”. Ermənistana siyasi himayə,qayğı və maddi yardımın misyası görünməmiş səviyyədə müəyyən edilib. Ən ağrılı məsələ-bu dəstəyin səbəbinin “Ermənistanın demokratik ölkə kimi qorunması ,bəslənməsi və inkişaf etdirilməsi”ilə bağlı absurd fikirdir. Əsas məqsədlərdən birinin Ermənistanda tezliklə səfirlik açılması olduğu vurğulanan sənəddəki bənd/maddələr bunu aşkar sübut edir.
Baş nazirin Avropa İttifaqı və Avropa üzrə xüsusi nümayəndəsi Stefani Dion-un Xarici İşlər Naziri, hörmətli Melani Coliyə məktub.Berlin, 6 aprel 2022-ci il
Hörmətli Xarici İşlər Naziri Mélanie Joli,
Bildiyiniz kimi, 2021-ci il iyulun 7-də Xarici İşlər Naziri kimi sələfiniz, hörmətli Mark Qarneau, Baş nazir J.Tryudonun 2018-ci ildə Ermənistana səfəri nəticəsində qərara alınan erməni demokratiyasına dəstək siyasəti yönündə, Baş nazirin Aİ və Avropa üzrə xüsusi nümayəndəsi kimi mənə Kanadanın dəstəyinin artırılması variantlarını araşdırmaq missiyasını həvalə edilib. (bax: Əlavə 1).
Erməni Demokratiyasına dəstək.Kanadanın erməni demokratiyasını daha yaxşı dəstəkləmək variantlarını araşdırmaq missiyası kontekstində Xarici İşlər Naziri, hörmətli Melani Coliyə təqdim edilən Hesabat.6 aprel 2022-ci il
H.E. Stefan Dion, Baş nazirin Avropa İttifaqı və Avropa üzrə xüsusi nümayəndəsi
Mündəricat
- Erməni demokratiyasını dəstəkləmək üçün Kanada Strategiyası
- Ermənistanı kövrək demokratiya kimi prioritet bəyan edilməsi
III. Beynəlxalq inkişaf üçün tərəfdaşlarla ilə sıx əlaqələndirilməsi
- Ermənistanda parlament demokratiyasına dəstək
- Korrupsiyaya qarşı mübarizəyə dəstək
- İnsan Hüquqlarının Təşviqi
VII. Ermənistan Qeyri-Hökumət Təşkilatlarını dəstək
VIII. Davamlı inkişafa dəstək
- Kanada təcrübəsini Ermənistana gətirmək
- Kanadanın Ermənistandakı diplomatik fəallığını artırmaq
Nəticə
Əlavə 1 – Hörmətli Mark Qarneaudan mandat məktubu
Əlavə 2 – Kanada Hökumətindən kənarda görüş keçirilən şəxslər və təşkilatlar(qlobal erməni diasporu və Azərbaycan düşmənləri-red.)
Əlavə 3 – Ermənistanda arzu olunan Kanada təşəbbüsləri: alınan təkliflərin siyahısı
Əlavə 4 – Ermənistandakı xarici diplomatik nümayəndəliyin açılması
Əlavə 5 – Tövsiyələrin siyahısı
Hesabatla tanış olmaq hər bir Azərbaycanlı üçün önəmlidir,belə ki, burada dünya erməniliyinin yaxın və uzaq gələcək üçün planlaşdırdığı fitnəkar məqsədləri bir damla suda olduğu kimi öz əksini tapıb.Qeyd edək ki, Stefan Dion-un bu “bacarığı”dəyərləndirilir. O,Kanadanın Fransada səfiri təyin edilir.Təbii ki, “Ermənistana dəstək”adlı qlobal geosiyasi kampaniyanın əsas qərargahı-Fransa olduğu üçün.
Şəkildə,Bəxtiyar Hacıyevin də dəvət edildiyi, Fransanın təşkil etdiyi “Dünya Demokratiya Forumu. Stefan Dion(soldan 1-ci), Aİ-da Komitə sədri kimi Missiya təşəbbüskarı: Natali Luazo və Kamal Qılıcdaroğlu”
Stefan Dion Marsel erməni icma rəhbərləri ilə görüşlərdə çox olur:
Ermənistan üzrə xüsusi nümayəndə Stefan Dion Erməni mediasında
Nazir Melani Joli:fantastik karyera yüksəlişinin pərdəarxası
Ötən 2022-ci ilin iyun ayında nazir Melani Coli Kanadanın “Mərkəzi və Şərqi Avropa və Qafqazlar da diplomatik fəallığının genişləndirilməsi”ilə bağlı bəyanat verib.Sitat: “Transatlantik təhlükəsizlik beynəlxalq sabitlik üçün vacibdir. Rusiyanın Ukraynada qanunsuz və dəhşətli işğalı Avropada təhlükəsizlik və diplomatik mənzərəni dəyişdi və Kanada strateji şəkildə cavab verməlidir. Kanadanın avropalı tərəfdaşları ilə möhkəm münasibətlərinə əsaslanaraq, bu gün erməni demokratiyasını gücləndirmək və dövrümüzün ən böyük təhlükəsizlik və diplomatik çağırışlarından bəzilərini həll etmək(!?) üçün bizə lazım olan alətlərə malik olmağımıza kömək edəcək. Böyük bir diplomatik güc olaraq Kanada bölgədə yerləşməli, proseslərdən xəbərdar olmalı və bilavasitə məşğul olmalıdır”. (https://www.canada.ca/en/global-affairs/news/2022/06/minister-joly-announces-expansion-of-canadas-diplomatic-presence-in-central-and-eastern-europe-and-caucasus.html )
Xanım M. Joly Liberal partiyasından Ahuntsic-Kartyeville seçki dairəsindən parlamentə 3 dəfə ardıcıl deputat, 5 dəfə isə müxtəlif nazir vəzifələrinə(!?) seçilib. (2015-ci il;2019;2021).2019-2021-ci illərdə: 2 ildə-3 nazir postuna təyin edilib. Parlamentdə Melani Joly: NATO PA üzvü kimi bu sahəni və Frankofoniya məsələlərini təmsil edib.
Parlament seçkilərində Melani ilə birgə iştirak edən 2-ci əsas namizəd də erməni Anna Simonyan olub. Melani Joly-26.4% səslə, Anna Simonyan isə-11.1% səslə 2-ci yerdə seçkini başa vurublar. Necə deyərlər,şərhə ehtiyac yoxdur yaxud təfərrüatlı işlənən planlar ardıcıl həyata keçirilib.
Melani Colinin “ildırımsürıtli” karyera yüksəlişi
https://www.ourcommons.ca/members/en/melanie-joly(88384)/roles
Vəzifələr | Başlanğıc ili | Sonu | |
Kanada Xarici işlər naziri/Minister of Foreign Affairs | Oktyabr 26, 2021 | Hal-hazıra qədər | |
Kanada İqtisadi İnkişaf Naziri/Minister of Economic Development | Noyabr 20, 2019 | Oktyabr 26,2021 | |
Kanada Rəsmi Dillər Naziri/Minister of Official Languages | Noyabr 20, 2019 | Oktyabr 26,2021 | |
Kanada Turizm, rəsmi dillər və Frankofoniya Naziri/Minister of Tourism, Official Languages and La Francophonie | İyul 18, 2018 | Noyabr 20, 2019 | |
Kanada İrs Naziri/Minister of Canadian Heritage | Noyabr 4, 2015 | İyul 18, 2018 |
Date | Data | Summary |
2005 | Justin Trudeau and Sophie Gregoire get married | The couple has three children together |
2020 | Rumors begin about Trudeau and Melanie Joly having an affair | Neither Trudeau nor Joly confirms or denies these rumors |
2023 | Trudeau and Gregoire announce their separation | The couple remains friends and hopes to maintain positive co-parenting |
Melani Colinin siyasi olimpə erməni icması- erməni seçicilər gətirib
Xanım Colinin 2015-ci ildən deputat seçildiyi Ahuntsic-Kartyeville bölgəsi-erməni icmasının kompakt yaşadığı ərazidir. Qeyd edildiyi kimi, Kanadada erməni diasporu 3-cü nəsli mövcuddur. “Ahuntsic”-anlayışı mənşəyini Kanadanın köklü hindu xalqları,Huron-İrokezlərdən alıb. Bu termin “ermənilərin demokratiyasına dəstəyi” şüar edən bu günkü Kanadanın tarix boyu bölgənin xalqlarına qarşı soyqırım,etnik təmizləmə və assimilyasiya səyasətini ifşa edir. Hindularla təmaslara girən fransızlar assimilyasiya-xristianlaşdırmaq məqsədi ilə missionerlər göndərir. Yerli xalqlar katolik xristianlara qarşı döyüşündə ölən xristianlara-Ahuntsik-ilk şəhidlər adı verilib.Minlərlə hindu əhalinin hazırda çox azsaylı nümayəndəsi qalıb.Onlar kütləvi qətlə yetirilib. Övladlarının, yüz minlərlə digər hindu xalqıları ilə birgə qapalı düşərgələrdə işgəncələr altında məhv olması, insanlığa qarşı cinayətlər törədilməsi Kanada tərəfindən rəsmi etiraf edlib. Bu yaxında uşaqların cəsədlərin ilə dolu kütləvi məzarlıqlar Kanadanın əsil simasını ortaya çxarıb.
Melani Joly-nin fəaliyyətinə ötəri nəzər saldıqda belə, onun ermənilərin yaşadığı bölgədən siyasətə gəlməsini görmək asandır. Bütün fəaliyyəti Kanada yaxud dünya erməni icması,qlobal erməni siyasi və xeyriyyə təşkilatları, diasporanın ağır çəkili fiqurları ilə təmaslarda keçib. Xanım nazirin “ermənidən çox ermənilik”etməsinin bir səbəbi budur. Digər tərəfdən, yuxarıda qeyd edilən, Cənubi Qafqazda qlobal geosiyasi qarşıdurmalarda,avroatlantik layihələrin yürüdülməsi üçün “ABŞ-Kanada tandemində” icraçı-alət qismində hərəkət edir.Məşhur: “Kanada-ərazi böyükdür,tarix isə çox kiçikdir”-deyimi məhz bununla izah edilə bilər..
Ardı var,
Şəkildə: 2018-ci il: J.Tryudo ilə M.Colinin Ermənistana səfəri ilə başlayan qlobal geosiyasi “Ermənistana müstəsna dəstək” missiyasının başlanğıc-dönüş nöqtəsi olub
Melani Coli qlobal Ümumerməni Xeyriyyə təşkilatının(AGBU) davamlı qonağıdır. Görüşlər sonrası səslənən antiAzərbaycançı, Laçın dəhlizi ilə bağlı bəyanatlar siyasi korrupsiya münasibətlərinə işarə edir.
Nazir xanım bundan başqa gündəlik rejimdə qlobal erməni diasporu, “Böyük Ermənistan”-Fransadan təlimatlar alır. Son günlər diqqət etdikdə, Fransa və Kanada Laçın dəhlizi ilə bağlı artıq birgə sinxron açıqlamalar verir,dünyaya çağırışlar edir.
Ermənilərin və Azərbaycanda 5-ci kalonun qlobal vəkili-Amal Kluninin mısləhətləri də icra edilir
Ermənistanla bağlı xüsusi Missiya yaradan sabiq nazir Mark Qarnea və Amal Kluni
Nazir ermənistanın Kanadadakı səfiri ilə
Diqqəti xüsusi cəlb edən daha bir məqam-Melani Joly-nin erməni Apostol kilsənin rəhbərini – Dünya Kilsələr Şurasının 3-cü dəfə sədri seçilən İ Aramı öz lideri kimi dərin sayğı ilə təqdim etməsi, diplomatik qeyri/korrekt hərəkət etməsi, erməni diasporuna aşkar təzim edtməsidir.
Sosial şəbəkələrdə çoxsaylı izləyici şərhləri isə Liberal partiyanın siyasi korrupsiyalı siyasət yürütdüyünü aşkar göstərir.
"Kanada" sözünün mənşəyinin, etnik təmizləmə və assimilyasiyaya məruz qalmış yerli/köklü xalqların, hindu Huron-irokezlərin dilində:”kanata”- "kənd, qəsəbə" mənalı sözdən olması qeyd edilir.// https://natural-resources.canada.ca/earth-sciences/geography/origins-canadas-geographical-names/origin-names-canada-and-its-provinces-and-territories/9224
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Siyasi korrupsiya bəlkə də ola bilər, amma bunların əsas motivi xristian həmrəyliyi və müsəlman düşmənçiliyidir.