Menu

Priqojin uçuşlar zamanı necə maskalanıb? – “Hər dəfə bir neçə şəxsi təyyarədən istifadə edirdi...”

31.08.2023, 15:55
Priqojin uçuşlar zamanı necə maskalanıb? – “Hər dəfə bir neçə şəxsi təyyarədən istifadə edirdi...”

“Avqustun 23-də müəmmalı təyyarə qəzasında öldüyü bildirilən "Vaqner" PMC-nin təsisçisi Yevgeni Priqojin Suriya, Liviya və ya Saharaya uçarkən diqqətdən yayınmaq üçün maskalanırdı və hər dəfə bir-neçə şəxsi təyyarədən istifadə edirdi. Tver vilayətində qəzaya uğrayan təyyarədə də maskalanmaq üçün müvafiq avadanlıq var idi”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan nüfuzlu “The Wall Street Journal” qəzetində rusiyalı pilotlara, “Vaqner” PMC muzdlularına və Afrikada, Yaxın Şərqdəki məmurlara istinadla dərc olunan məqalədə bildirilir.

Nəşrin həmsöhbətləri bildiriblər ki, bir neçə il əvvəl Priqojin və onun ətrafrı avia uçuşların maskalanması üçün tədbirlər hazırlayıblar.

“Məsələn, daim Moskva yaxınlığındakı Çkalovski aerodromundan uçan təyyarələr transponderləri söndürərək radarlardan itiblər”, - məqalədə qeyd olunur.

“The Wall Street Journal”-ın məlumatına görə, ekipaj üzvlərinin saxta pasportları olub və uçuş üçün qeydiyyatdan keçmiş sərnişinlərin siyahıları təyyarə havaya qalxmazdan əvvəl dəyişdirilib. Jurnalistlər qeyd edirlər ki, uçuşun ortasında belə təyyarənin gedəcəyi yer qəflətən dəyişdirilə bilərdi.


Qəzet həmçinin “Flightradar24” təyyarə izləmə xidmətindən Priqojinin təyyarələri ilə bağlı məlumatları öyrənib. Onlardan belə məlum olur ki, Priqojin Afrikaya səfərlərinin birində iki-üç təyyarə dəyişib. “The Wall Street Journal”-ın həmsöhbətlərinə görə, Priqojin təyyarədəneniş etməzdən əvvəl komandası ilə hava limanının personalının onlarla nə dərəcə yaxından əlaqə saxlayacağını müzakirə edib.

Bundan əlavə, qəzetin mənbələri bildiriblər ki, PMC-nin təsisçisi maskalı halda uçuş-enmə zolağında, eləcədə təyyarədə təhlükəsizlik tədbirləri ilə bağlı tez-tez görüşlər keçirib.

“The Wall Street Journal”-ın həmsöhbətləri qeyd ediblər ki, iyunun sonundakı qiyam cəhdindən sonra Priqojin Rusiya daxilində uçarkən hərbi aerodromlardan, həmçinin “Emercom” təyyarələrindən istifadə etməyi dayandırıb. Qəzet iddia edir ki, avqust ayında Afrikaya reyslərdən birində “Vaqner” PMC-nin qurucusu uçuşa az qalmış özünü sərnişinlərin siyahısına saldırıb.

Qəzet yazır ki, ABŞ rəsmiləri təyyarənin Priqojini öldürmək planı nəticəsində qəzaya uğradığını güman edirlər. Vaşinqtonda hesab edirlər ki, bort çox güman ki, uçuş zamanı partladılıb. Məqalədə qeyd olunur ki, təyyarə qalıqlarının düşdüyü ərazi buldozerlə təmizlənib. Bu, beynəlxalq standartlara ziddir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol