Menu

Rusiya Yaponiya sərhədindən HHM sistemlərini çıxarıb

01.09.2023, 12:04
Rusiya Yaponiya sərhədindən HHM sistemlərini çıxarıb

Rusiya iki Kuril adasından raket sistemlərini geri çəkib.

“AzPolitika.info” xəbər verir ki, bunu Yaponiyada nəşr olunan "Mainiti Shimbun" qəzeti yazıb. Qeyd olunur ki, bu qərar Ukrayna dronlarının hücumlarının artması, eləcə də cəbhə xəttində hava hücumundan müdafiə sisteminin olmaması ilə bağlı ola bilər.

Nəşr Tokio Universitetinin müəllimi Yu Koizumiyə istinad edir. O, “Maxar Technologies” şirkəti tərəfindən İturup və Kunaşir adalarının çəkilmiş peyk şəkillərini təhlil edib.

2020-ci ildə Rusiya bu adalarda - İturupdakı Kasatka körfəzi yaxınlığında və Kunaşirdə Yujno-Kurilsk yaxınlığında “S-300” raket sistemlərini yerləşdirib. 2022-ci ilin sentyabrından əvvəl çəkilmiş fotoşəkillərdə raketlər, radarlar və digər avadanlıqlar olan nəqliyyat və buraxılış qurğuları göstərilir. İndi Koizumi iddia edir ki, onlar orada yoxdur.

Raket sistemləri Ukraynaya qarşı müharibədə istifadə edilmək üçün qərb bölgələrinə ötürülə bilər. Koizumi onu da ehtimal edir ki, Saxalinin cənubundakı hərbi bazadan çoxlu sayda köhnə tank və haubitsa da təmirdən sonra Ukrayna cəbhəsinə göndərilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol