ABŞ-ın Ohayo ştatında polis tərəfindən öldürülən TaKiya Young adlı hamilə qadının son anlarını əks etdirən video yayımlanıb.
“AzPolitika.info” xəbər verir ki, sözügedən paylaşımda oğurluqda şübhəli bilinən qadının polisin “avtomobildən düş” əmrinə tabe olmayaraq maşını qarşısında dayanan polis əməkdaşının üzərinə sürdüyü görünür. Videonun davamında polis əməkdaşı maşının ön şüşəsinə yaxınlaşaraq xidməti silahı ilə qadına doğru bir neçə dəfə atəş açmağa başlayır.
Məlumata görə, T. Young aldığı güllə yaralarından hadisə yerindəcə vəfat edib. Qadının ölümündən sonra onun hamilə olduğu ortaya çıxıb. ABŞ polisinin qadına qarşı bu cür davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub.
Qeyd edək ki, ABŞ polisi sözügedən hadisə ilə bağlı açıqlama yayaraq, polisin həyatı təhlükədə olduğu üçün silahdan atəş açdığını bildirib.
“AzPolitika.info”


Şərhlər
Piqarasdilar !!!