Menu

Ukrayna müdafiəçiləri Rusiyanın İran istehsallı 23 PUA-sını məhv edib

04.09.2023, 10:11
Ukrayna müdafiəçiləri Rusiyanın İran istehsallı 23 PUA-sını məhv edib

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Rusiyanın İran istehsalı olan 32 “Shahed” pilotsuz uçuş aparatından (PUA) 23-nü məhv edib.

“Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri yayıb.

Bildirilib ki, PUA-lar Krım yarımadasından və Krasnodar diyarının Promorsk-Axtar rayonundan buraxılıb.

Məlumata görə, Rusiya bu aparatlarla Ukraynanın Odessa və Dnepropetrovsk vilayətlərinə hücum edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol