Menu

NAZİR POLKOVNİKƏ YÜKSƏK VƏZİFƏ VERDİ - General-mayorun yerinə təyinat + FOTO

04.09.2023, 16:15
NAZİR POLKOVNİKƏ YÜKSƏK VƏZİFƏ VERDİ - General-mayorun yerinə təyinat + FOTO

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini - qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə A.Məmmədli FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi təyin edilib. (oxu.a.z)

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov işdən çıxarılmışdı.

Şərhlər

Kəmaləddin Heydərov - a 2023-10-05 14:22:15

Kəmaləddin Heydərov , sizin nəsliniz bu qədər zəngin var - dövləti , özləri ilə o dünyaya aparmayacaq, bunu siz yaxşı bilirsiniz , insafınız olsun , maddi köməklik , maddi yardım
edin kasıb əhaliyə, Allaha xoş olar .

Виктор 2023-09-29 20:36:21

Живой труп!

Səməd - ə Internet melumatı 2023-09-27 13:54:49

Azərbaycanda tikinti materialları, beton, asfalt, kərpiç, gips, kimyəvi məhlullar, dəri, pambıq, tekstil, süd, şirə, ərzaq konservləri, siqaret, spirtli içkilər, piano, CD, DVD monopoliyasına baxan fövqəladə hallar naziri – Kəmaləddin Heydərov.

Bu məhsulların istehsalını və ya satışını həyata keçirməklə yanaşı, o, bank, turizm, kənd təsərrüfatı, sığorta və tikinti sahələrində fəaliyyət göstərən 250-dən artıq şirkətə sahibdir. Bu şirkətlərin əksəriyyəti “Gilan Holdinq”-in çətiri altında birləşib.

Kəmaləddin Heydərov kimdir?

1961-ci il təvəllüdlü, Azərbaycanda “otellər kralı” və “monopolist” kimi tanınan Kəmaləddin Heydərov 23 ildir nazir postundadır. 11 il Gömrük Komitəsinə rəhbərlik edən Heydərov gömrük orqanlarında yaradılan monopoliyanın banisi kimi tanınır. 2006-cı ildən o, fövqəladə hallar naziridir.

Səməd 2023-09-22 15:39:33

bu müqəvvanı nə qədər saytda saxıayacaqsınız? Sifətindən hamı yorulub..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol