2023-cü ilin iyun ayından etibarən Rusiya Ukraynadakı müharibəyə əlavə hərbçi cəlb etmək üçün müxtəlif elanlarla qonşu ölkə vətəndaşları ilə əlaqə qurmağa başlayıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya 2024-cü ildə baş tutacaq prezident seçkiləri ərəfəsində ölkə daxilində növbəti səfərbərliklə bağlı qərar verməkdən çəkinir. Qeyd olunur ki, Kreml cəbhədəki itkiləri xaricdən cəlb olunan hərbçilərlə kompensasiya etməyə çalışır.
Kəşfiyyat məlumatlarına görə, Ermənistan və Qazaxıstanda 5140 dollardan başlayan birdəfəlik ödənişlər və 1973 dollardan başlayan aylıq maaşlar təklif edən onlayn reklamlara rast gəlinib.
Bundan əlavə, Qazaxıstanın şimalındakı Kostanay vilayətindəki etnik rus əhalisinə onların müharibəyə cəlb olunmalarına dair müraciət edilib.
“2023-cü ilin may ayından etibarən Rusiya Mərkəzi Asiyadan olan mühacirlərə Ukraynada döyüşməyi təklif edərək, vətəndaşlıq və 4160 dollara qədər maaş vəd edib”, - deyə kəşfiyyat məlumatında bildirilir.
“AzPolitika.info”


Şərhlər