Menu

Reznikov cəzalandırılacaq? - Sabiq nazirin səfir göndərilməsi gözlənilir

06.09.2023, 16:13
Reznikov cəzalandırılacaq? - Sabiq nazirin səfir göndərilməsi gözlənilir

Xəbər verildiyi kimi, Aleksey Reznikov Ukraynanın Müdafiə naziri vəzifəsindən istefaya göndərilib. Artıq onun yerinə təyinat da olub. Bu, Ukraynanın Əmlak Komitəsinin başçısı Rüstəm Umerovdur.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatı Reznikovun gələcək taleyilə bağlı qəti qərarın verilmədiyini yazır. Ali Radada alqışlarla yola salınan Reznikovun Ukraynanın Böyük Britaniyada yeni səfiri olacağı barədə məlumatlar dolaşsa da, Ukrayna XİN-dəki mənbələr hələ ki, bu barədə heç bir rəsmi qərarın olmadığını bildirirlər.

Mətbuat yazır ki, Müdafiə Nazirliyi ətrafında yaranan korrupsiya qalmaqallarından sonra istefası gündəmə gələn Reznikov daha çox şəxsən korrupsiyaya bulaşmaqda yox, nazirliyin satınalmalarına lazımınca nəzarət edə bilməməkdə günahlandırılır. Ona görə də Zelenski administrasiyası onu cəzalandırmaq, yoxsa başqa vəzifəyə keçirmək dilemması qarşısında qalıb.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol