Menu

“El dili ilə desək, partiyamız qeydə alınmış sayılır...” – Pənah Hüseyn

07.09.2023, 17:18
“El dili ilə desək, partiyamız qeydə alınmış sayılır...” – Pənah Hüseyn

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Partiyasının (AXP) təqdim etdiyi reyestr məlumatlarını təsdiqləyib.

Bu barədə “AzPolitika.info”ya partiya sədri, keçmiş Baş nazir Pənah Hüseynin özü məlumat verib. “Bizim təqdim etdiyimiz reyestr məlumatları ilə bağlı irad bildirilmədi, el dili ilə desək, partiyamız qeydə alınmış sayılır”, - P.Hüseyn bildirib.

Xatırladaq ki, sentyabrın əvvəlindən başlayaraq Ədliyyə Nazirliyi tərəfindən hakim partiya başda olmaqla 10-a yaxın siyasi təşkilatın qeydiyyatı təsdiqlənib.

Yeni qanunun tələbinə görə, partiyalar 3 ay ərzində proqram və nizamnamələrini qanunvericiliyə uyğunlaşdırıb Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

“AzPolitika.info”

Şərhlər

Camal 2023-09-07 22:01:21

sənə və sənin kimilərə sabunlu kəndir lazımdır....KƏLTƏNBAŞLAR.....

S 2023-09-07 20:03:50

Səni qeydiyyata aldılar nəyə lazımsan ya almadılar nəyə lazımsan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol