Menu

“Rusiya indiyə qədər məsuliyyətdən yayına bilib və...” – NATO başçısı Qərbin səhvlərini etiraf edib

07.09.2023, 17:55
“Rusiya indiyə qədər məsuliyyətdən yayına bilib və...” – NATO başçısı Qərbin səhvlərini etiraf edib

“2008-ci ildə Gürcüstan, 2014-cü ildə Krım oldu. Bundan sonra isə 2022-ci ildə tammiqyaslı hücum baş verdi. Rusiya məsuliyyətdən yayına bilib və mən buna təəssüf edirəm”.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Avropa Parlamentində bugünkü çıxışında deyib.

Stoltenberq əlavə edib ki, Rusiya ətraf dövlətləri nəzarətdə saxlamaq və maraq dairələrini bölüşdürmək istəyir. NATO başçısı bildirib ki, alyans Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasına əsas verməyib. Rusiyanın NATO-ya yeni üzvlərin qəbuluna etirazı isə ədalətli deyil: “Hər bir dövlətin öz yolunu seçməsi, onun suveren, demokratik haqqıdır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol