“Əlimizin duzu yoxdur” ifadəsinin Azərbaycanda tez-tez işlədilməsi təsadüfi deyil. Təssüf ki, bu ifadəyə müraciət etməyimizə əsas yaradan hadisələrə, davranışlara təkcə gündəlik məişətdə, ölkə daxilində yox, siyasi müstəvidə, beynəlxalq əlaqələrdə, qonşularımızın, bəzənsə dost saydığımız dövlətlərin bizə qarşı münasibətində də rast gəlinir. Nümunə kimi təkcə erməni toplumunun böyük hissəsinin bizə qarşı nankorluğunu qeyd etmək kifayətdir...
Xəbər verildiyi kimi, sentyabrın 6-da Ukraynanın birinci xanımı Yelena Zelenskayanın təşəbbüsü ilə “Birinci xanımlar və ərlər”in illik sammiti təşkil olunub.Tədbirin mövzusu psixi sağlamlıq problemlərinə həsr edilib. Bir çox ölkələrin təmsilçilərinin qatıldığı bu beynəlxalq tədbir kifayət qədər böyük maraq doğurub və onunla bağlı məlumatlar demək olar, bütün aparıcı dünya KİV-lərində yer alıb.
Tədbirə dəvət alanlar və qatılanlar arasında müharibə başlayandan bəri ilk dəfə(!) Ukraynaya “humanitar yardım” adı altında nəsə aparan Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan da olub. İlk baxışda burada qeyri-adi bir şey yoxdur və hansısa görüşlərin, tədbirlərin keçirilməsi, qarşılıqlı dəvətlər, əlaqələr və s. bütün ölkələr kimi, Ukrayna ilə Ermənistanın suveren haqqıdır.

Lakin məsələ ondadır ki, sözügedən tədbirdə çıxış edən A.Akopyan nitqinin az qala yarısını tədbirin mövzusuna deyil, Qarabağdakı “blokada şousu”na, oradakı ermənilərn guya acından qırıldığına, bir sözlə çirkin, yalan erməni təbliğatına və Azərbaycanı ləkələməyə həsr edib. Və bu, Ukraynada – Azərbaycanın cəmiyyət və dövlət olaraq hər zaman, istər müharibədən əvvəl, istərsə də müharibənin ilk günlərində və sonrakı ağır dönəmlərdə, elə indinin özündə də yanında durduğu, bacardığı qədər həm humanitar, həm siyasi, həm də digər aspektlərdə dətəklədiyi bir ölkədə baş verir. Özü də Azərbaycan kimi işğaldan, separatizmdən əziyyət çəkən, saysız-hesabsız itkilər verən Ukraynada!
Bəs Azərbaycanın dost hesab etdiyi və bunu əməldə dəfələrlə təsdiq etdiyi bir dövlətin öz ərazisində keçirdiyi beynəlxalq tədbirin Azərbaycana qarşı çirkin təbliğat meydançasına çevrilməsinə imkan yaratması nə dərəcədə düzgündür? Akopyanın hardan gəldiyini, hansı hakimiyyəti, toplumu təmsil etdiyini yaxşı bilən tədbir təşkilatçıları ona öncədən mövzudan kənara çıxmamağı tapşıra bilməzdilərmi?
Ukrayna hakimiyyəti bu dəvətdən və Akopyana Azərbaycana qarşı təbliğat üçün meydan verməkdən nə qazandı? Humanitar yardım? Ermənistanın özü nədir ki, onun yardımı nə olsun?
Beynəlxalq dəstək? Dövlət kimi xəritədən silinmək üzrə olan, heç bir siyasi, iqtisadi şəkisi olmayan, əvəzində Rusiyanın forpostu, qulbeçəsi olan, “qucaqlarda qalan” bir dılğır ölkənin “dəstəyi” Ukraynaya o qədərmi vacibdir?
Yəqin ki, Ukraynanın naşılıq dərəcəsi bəzi hallarda axmaqlıq səviyyəsinə çatan tədbir təşkilatçıları bilməmiş deyillər ki, Ermənistan “demokratik və qərbpərəst” Paşinyanın rəhbərliyi ilə hazırda Rusiyanın mikroelektronika, çiplər və s. texnologiyalar ilə təminatında birinci yeri tutur və Ermənistanın “boz sxemlər” üzərindən ötürdüyü bu məhsullar Rusiyanın Ukraynanın başına yağdırdığı, on minlərlə günahsız insanın həlak olmasına, böyük dağıntılara gətirib çıxaran raketlərin istehsalında həlledici rol oynayıb və oynamaqdadır!
Ukraynanın belə bir dövlətin “birinci xanımı”nı dəvət etməkdə, ona meydan verməkdə məqsədinin, qazancının nə olduğu qaranlıq qalsa da, Akopyanın Kiyevə səfərinin məqsədi aydındır – Paşinyan hakimiyyətini növbəti dəfə saxta qərbpərəst, humanist biri kimi göstərmək, Rusiyanı şantaj etmək, eyni zamanda da bu tədbirdən Azərbaycana qarşı çirkin kampaniya üçün meydan kimi istifadə etmək. Nəticədə Ukrayna hakimiyyəti özünün Azərbaycanla münasibətlərə kölgə salacaq şəkildə və çirkin məqsədlərlə istifadə olunmasına imkan vermiş oldu...

Kimlərsə deyə bilər ki, Ukraynanı idarə edənlər Akopyanın tamamilə başqa mövzulara həsr olunmuş beynəlxalq tədbirdən bu cür ibnəliklə istifadə edəcəyini öncədən bilə bilməzdilər. Əgər doğrudan da belədirsə, deməli ilyarımdır davam edən müharibə və bu dövrdə hətta “tərəfdaşları” tərəfindən gördükləri xəyanətlər, riyakarlıqlar belə hələ də Ukraynanın başında duranları ağıllandırmayıb, gözlərini açmayıb...
Yeri gəlmişkən, Ukraynanın özündə bu tədbiri təşkil edən Prezident Ofisini Akopyanın sammitə dəvət olunmasına və onun buradan Azərbaycana qarşı meydança kimi istifadəsinə şərait yaradıldığına görə tənqid edənlər kifayət qədərdir.
Məsələn, tanınmış ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko Zelenski hakimiyyətini bu baş verənlərə görə tənqid edərək, öz sosial şəbəkə səhifəsində “Krım Ukrayna olduğu kimi, Qarabağ da Azərbaycandır”, - yazıb.

Kovalonko qeyd edib ki, Ermənistanla müqayisədə müharibənin getdiyi son il yarımda Ukraynaya dəfələrlə artqı yardım göstərmiş Azərbaycanın haqlı olaraq, Ukraynaya irad bildirməyə əsası var və bu hadisə Ukrayna-Azərbaycan münasibətlərinə narazılıq toxumu səpir. O, yazıb ki, Ermənistan yenə də Rusiyaya mikroelektronika ötürməkdə, ruslar isə onları öz raketlərinə yerləşdirib, Ukraynanı bombalamaqda davam edəcək. Kiyev isə əvəzində Azərbaycan kimi dost ölkə ilə münasibətlərə kölgə salmış oldu...

Ukrayna Prezident Ofisinin sabiq müşaviri, tanınmış hərbi-siyasi ekspert Aleksey Arestoviç də son efirində bu mövzuya toxunub. O da bu səfərin və Akopyanın çıxışının Azərbaycanda haqlı narazılıq yaratdığını etiraf edib: “Azərbaycanla münasibətlərimiz daha isti, daha tarixidir. Ermənistan Baş nazirinin xanımı Azərbaycanı ittiham edən bəyanatlar verib. İndi Azərbaycanda bununla bağlı ciddi narazılıq dalğası var - ona(Akopyana) meydança verildiyi üçün. Başa düşmək lazımdır ki, “kurs dəyişikliyinə” baxmayaraq, Ermənistan Rusiyanın “ikili təyinatlı mallar”la təminatında, “boz sxemlərin” saxlanmasında ən böyük rol oynayan ölkə olaraq qalır. Ümid edirəm ki, Azərbaycan tərəfinə izahat verə biləcəyik...”
Göründüyü kimi, bu hadisə təəsüf ki, Ukrayna rəhbərliyinin Ukrayna xalqına, dövlətinə gerçək dost olan, ona dəstək duran ölkələrlə münasibətlərin tənzimlənməsi, “oyun qaydalarına” riayət edilməsi sarıdan ciddi problemlər yaşadığı, bu münasibətlərin mahiyyətini, vacibliyini tam anlamaqda və qiymətləndirməkdə çətinlik çəkdiyi, naşılıq etdiyini ortaya qoydu.
Nəticə etibarilə Ukraynanın birinci xanımının bu tədbiri müəyyən mənada “qaş düzəldən yerdə, göz çıxarmış” kimi təəssürat bağışladı. Yeri gəlmişkən(feministlərin qulaqlarından uzaq), Azərbaycanda daha bir maraqlı ifadə də var – “ağası gülüm olanın, başına külüm olar...”.
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bu heç də nəzərə alınmayacaq hadisə deyil.Başqa ölkələr dərhal yardımı kəsərdi müvəqqəti də olsa ki,qoy dərs alsınlar və bir də belə yanlışlıq etməsinlər.Aaaa!Öz millətimizin yarıdan çoxu səfil-sərgərdan yaşadığı halda bunlara hər gün təyyarələr dolu yardım daşıyırıq müftə-müsəlləm,bunların bizə verdiyi mükafata bax!Dədəmiz dədələrinə borcludur ukraynalıların,yoxsa özümüz özlərinə?Türk demiş,pes vallahi!Vaxtilə Fransanın muzeylərini,yollarını,kilsələrini təmir etdik,əvəzində Makronun murdarlıqlarıyla qarşılaşdıq,indi də bu.Rus demiş,canavarı nə qədər bəsləyirsən bəslə,eşşəyin quyruğu onunkundan uzundu.A balam,belə olmaz ee,ən azı diplomatik ifadələrlə,yumşaqcasına deyə bilərik ki,məsəla,ölkəmizdə son aylardakı bahalaşmanı,inflyasiyanı,ermənilərin sərhədə qoşun yığdıqlarını nəzərə alaraq sizə olan humanitar yardımı bir müddət dayandırmaq və ya azaltmaq qərarına gəldik.Vəssalam.İkicə günə bizə yalvarmağa başlayacaqlar,biz nerde yanlış yaptık,deyə.Və bir də o səhvi təkrar etməyəcəklər.Yoxsa erməni daha da irəli gedəcək,Fransayla münasibətlərimizi pozduğu kimi Ukrayna ilə də pozacaqlar.
Yəqin bizidə dəvət ediblər ,lakin iştirak məqsədə uyğun sayılmayıb ,o halda nə üçün XİN-yi rəsmi şəxs göndərməyib? İnanıram ki rəsmi şəxs olsaydı Ukrayna tərəfi cavab haqqı tanıyardı ,günah özümüzdədir ,çünki səsimizi ancaq Bakıdan çıxara bilirik ,o da bir-iki jurnalist vasitəsi ilə .Rusun tərəfini tutan şəxsə isə onu deyim ki ,sizin kimi rusbaşlara görə elə ruslar bizim başımıza oyun açır ,ancaq sizin kimilərin də sonu çatacaq ,fars tör-töküntüləri kimi
Taylı tayını tapar, su da çuxurunu.
Budur sizin ukrayna heç Azərbaycanı dəvət edən olmadı ora rusiya nə edirsə düz edir ukraynıya
Diaspora üzrə komitə yaxşı işləmir vəssalam. Biz ermənilərin iştirak eydiyi hər yerdə iştirak etməliyik. Bunu isə diaspora üzrə komitə etməlidir. Təəssüf çox təəssüf
Həmin sammitdə Akopyana bizim tərəfdən cavab verən olmadı? Yoxsa bizimkilər dəvət almamışdılar? Əsas məsələ buradadır.