“Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya bayrağı olmayacaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz. Müharibə cinayətləri törədən Rusiyanın 2024-cü il Olimpiadasında yeri yoxdur. Rusiyalı idmançıların olimpiya oyunlarında fərdi qaydada iştirakı ilə bağlı qərar isə Beynəlxalq Olimpiya Komitəsinə məxsusdur”,- deyə o, bildirib.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları 26 iyul - 11 avqustda olacaq.
“AzPolitika.info”


Şərhlər