Menu

“Laçın yolu və digər marşrutlar dərhal və eyni vaxtda açılmalıdır” – ABŞ rəsmisi

08.09.2023, 15:53
“Laçın yolu və digər marşrutlar dərhal və eyni vaxtda açılmalıdır” – ABŞ rəsmisi

ABŞ Dövlət katibinin müavini Yuri Kim Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyana zəng edib.

Xatırladaq ki, ABŞ rəsmisi dünən Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla telefonda danışıb. Nazir ona Ermənistanın destruktiv mövqeyinin sülh prosesinə ciddi zərbə vurduğunu bildirib.

Ermənistan mediası yazır ki, Mirzoyan-Kim müzakirələrində də əsas məsələ regionda təhlükəsizlik, Laçın yolunun açılması, Xankəndində humanitar vəziyyətin sabitləşdirilməsi olub.

“Bu, Ermənistanı Qarabağla birləşdirən yeganə marşrutdur. Azərbaycanın siyasətini cilovlamaq lazımdır”, - Mirzoyan qeyd edib.

ABŞ rəsmisi isə “Twitter” mikrobloqunda yazıb ki, “bütün tərəflər Qarabağa çox ehtiyac duyulan humanitar ləvazimatları çatdırmaq üçün Laçın yolu və digər marşrutları dərhal və eyni vaxtda açmaq üçün birgə işləməlidir”.

Xatırladaq ki, rəsmi Bakı əvvvəlcə Ağdam-Xankəndi yolunun, bundan sonra 24 saat ərzində Laçın yolunun açılmasını təklif edib. Ermənistan və Xankəndindəki qondarma rejim bu təklifdən imtina edib.

“AzPolitika.info”

Şərhlər

t.ədalət 2023-09-08 16:19:24

Heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünə müdaxilə edə bilməz.Azərbaycan müstəqil ölkədir.Öz vətəndaşlarına xaricə çıxışı özü müəyyən edir.ABŞ-ın müedaxiləsi işğalçı müdaxilədir və beynbəlxalq normalara ziddir.Azərbaycan prezidentinin təklif etdiyi Ağdam-Xankəndi yolu qanuna uyğundur.Onu pozmağa cəhd göstərənlər Azərbaycanın düşmənləridir."Laçın yolu" işğalçı ermənistanın yoludur.Bu yol sərhədlərimizin bütövlüyünü və ərazilərimizin təhlükəsizliyini pozur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol