Çərşənbə axşamı Liviyada dəhşətli qasırğanın səbəb olduğu daşqınlar nəticəsində ən azı 10 min insanın itkin düşdüyü bildirilir.
"AzPolitika.info" bu barədə “Reuters”ə istinadla xəbər verir.
Bildirilir ki, binaları və bəndləri uçuran daşqın ölkənin şərqindəki Derna şəhərinin dörddə birini yerlə-yeksan edib.
“Daniel” fırtınasından sonra, təkcə Dernada 1000-dən çox cəsəd tapılıb. Rəsmilər ölənlərin sayının daha çox olduğunu ehtimal edirlər. Belə ki, 10 mindən çox insanın taleyi hələ də məlum deyil.
Təxminən 125.000 sakinin yaşadığı sahil şəhəri Dernaya gedərkən “Reuters” agentliyinin jurnalisti yolların kənarlarında aşmış avtomobilləri, ağacların yıxıldığını və tərk edilmiş evlərin su altında qaldığını görüb.
Mülki aviasiya naziri və şərqə nəzarət edən administrasiyanın fövqəladə hallar komitəsinin üzvü Hiçem Abu Şkiyat telefonda bildirib: "Dernadan qayıtdım. Bu, çox dəhşətlidir. Hər yerdə - dənizdə, dərələrdə, binaların altında cəsədlər var".
Rüfət
"AzPolitika.info"


Şərhlər