Menu

Budapeşt “fərariləri” Ukraynaya verməkdən imtina etdi

13.09.2023, 10:43
Budapeşt “fərariləri” Ukraynaya verməkdən imtina etdi

Macarıstan hərbi xidmətə yararlı qaçqınları Ukraynaya təhvil verməyəcək. Bunu ATV-yə açıqlamasında Baş nazirin müavini Zolt Şemien deyib.

Bu barədə “AzPolitika.info” UNİAN-a istinadla xəbər verir.

"Biz heç bir ukraynalı qaçqının, ukraynalıların təbirncə desək, hərbi xidmətə yararlı olub-olmadığını yoxlamırıq. Macarıstan onları Ukraynaya ekstradisiya etməyəcək", - o, ukraynalı kişilərin geri qayıtma ehtimalını şərh edib.

Şemien həmçinin qeyd edib ki, belə adamların məlumatları Ukrayna tərəfinə verilməyəcək.

“Ukraynadan olan hər bir qaçqın Macarıstanda azad insandır, o, burada qalıb-qalmamaq, Qərbə getmək və ya istəsə, qayıtmaq barədə qərar verə bilər”, - deyə baş nazirin müavini bildirib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol