Menu

“Şimali Koreya bu halda ukraynalıların qətlinə şərik olacaq”- Pentaqon

15.09.2023, 11:30
“Şimali Koreya bu halda ukraynalıların qətlinə şərik olacaq”- Pentaqon

Şimali Koreya Rusiyanı silah-sursatla təmin edərsə, ukraynalıların qətlinə şərik olacaq.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentqaon) mətbuat katibinin müavini Sabrina Sinq deyib.

“Vəziyyəti izləyirik. Biz açıq şəkildə Şimali Koreyaya xəbərdarlıq etmişik. İstənilən silah növünün Rusiyaya təhvil verilməsi BMT Təhlükəsizlik Şurasının qətnamənin bir daha pozulması deməkdir. Ona görə də Şimali Koreyanın bu sazişdən imtina etməyini istəyirik. Rusiyanı istənilən növ silah və ya döyüş sursatı ilə təin etmək daha böyük eskalasiyaya səbəb olacaq”, - Sinq bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol