Menu

Ukrayna Qara dənizdə Rusiya gəmilərinə PUA-larla zərbə endirib

16.09.2023, 11:00
Ukrayna Qara dənizdə Rusiya gəmilərinə PUA-larla zərbə endirib

Ukrayna müdafiə qüvvələri Qara dənizdə Rusiya patrul gəmilərinə yerüstü pilotsuz uçuş aparatları ilə hücum edib.

APA-nın xəbərinə görə, bu barədə “RBC-Ukrayna” Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin hesabatına istinadən məlumat yayıb.

Ukrayna kəşfiyyatının mənbələri də sentyabrın 14-də dəniz pilotsuz təyyarəsinin Sevastopol körfəzinin girişində Rusiyanın Bora sinifli korvetinə ciddi ziyan vurduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi HHM qüvvələrinin hücumu dəf etdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol