Menu

"19 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyirik, heç bir cavab gəlməyib" - AzQAC-ın baş katibi

16.09.2023, 11:23
"19 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyirik, heç bir cavab gəlməyib" - AzQAC-ın baş katibi

"Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün gətirdiyimiz ərzaq yüklü avtomobil karvanı artıq 19-cu gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir. Yüklərimiz, heyətimizlə buradayıq".

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib. Baş katib bildirib ki, müsbət cavab olduğu halda keçidin reallaşması üçün lazımı addımlar atılacaq: "Hələ də gözləyirik, heç bir cavab gəlməyib. Hər hansı müsbət cavab olduğu halda bu və ya digər şəkildə keçidin reallaşması üçün lazımı addımlar atacağıq. Yəni bütün lazımı danışıqlar aparılıb, sənədlər təqdim olunub. Hazırda gözləyirik".

Şərhlər

Azərbaycanlı-müsəlman 2023-09-16 15:51:43

Bunlara bir ağıl duası vacibdir.Boş və mənasız işin nəticəsi elə belə də olmalıdır.İstəmirlər,cəhənnəmə istəsinlər.dönün geri qayıdın.Vəssalam.Burada nə var ki? Ac adam yoldan keçənə də yalvarar.Deməli bu siyasət oyununun mənasız olduğu ortadadır.Belə oyunlarla 50 ildən artıqdır Azərbaycanlılara zülmlər edilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol