Menu

Müqavilə ilə çalışanların sayı azalıb – İş yerləri niyə bağlanır?

18.09.2023, 16:21
Müqavilə ilə çalışanların sayı azalıb – İş yerləri niyə bağlanır?

Ölkə iqtisadiyyatında çalışan işçilərin sayında azalma qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər olub.

Onlardan 891,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Ötən ilin avqustun 1-ə olan vəziyyətə görə isə, ölkədə 1 milyon 719 min nəfər muzdla çalışan işçi qeydiyyatda olub. Bu o deməkdir ki, müqavilə ilə çalışanların sayı 2022-ci ilin uyğun dövrünə nisbətən 13 min nəfər azalıb.

İşçilərin sayının azalmasn həm dövlət, həm də özəl sektorda müşahidə olunub. Müqavilə ilə çalışanların sayında azalma həmin müddətdə dövlət sektorunda 6 min, özəl sektorda isə 7 min nəfər olub.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, dövlət sektorunda işçilərin sayının azalması daha çox institutsional dəyişikliklər ilə bağlı olub. Özəl sektorda isə əmək müqavilələrinin sayının azalmasının xüsusi təhlil edilməsi və monitorinqlərin gücləndirilməsi vacibdir.

“Belə ki, məşğulluğun daha çox özəl sektor hesabına formalaşdırılması əsas prioritetlərdən hesab olunur. Eyni zamanda, iqtisadiyyat ağardıqca özəl sektorda əmək müqavilələrinin sayının artması, qeyri-leqal məşğulluğun rəsmilləşdirilməsi çox vacibdir. Aydındır ki, bir sıra müəssisələrdə işçilərin heç də hammısı ilə əmək müqavilələri bağlanılmır və deməli bu sahədə nəzarətin daha da gücləndirilməsi zəruridir”, - iqtisadçı əlavə edib.

Deputat hesab edir ki, son statistika sosial haqqların faizinə yenidən baxılıb azaldılmasını, eləcə də dövlət sektorunda gəlirlərdə vergidən azad olunan məbləğin artırılmasını bir daha gündəmə gətirir: “Məşğulluğun rəsmilləşdirilməsi üçün təşviqedici tədbirlərin genişləndirilməsi vacibdir. Bu xüsusən, məşğulluqda özəl sektorun lokomotivə çevrilməsi baxımından da əhəmiyyətlidir”.

“AzPolitika.info”

Şərhlər

Orxan 2023-09-18 19:10:36

İş yerlərinin bağlanmasının əsas səbəbi hakimiyyətin insanların talei ilə maraqlanmaması və bu ciddi sahəni özbaşına buraxmasıdır.Görün nə qədər iri sənaye müəssisələri,birliklər,nəqliyyat strukturlar dağıdılıb və əvəzində dövlət heç nə yaratmayıb.Bunun acınacaqlı nəticələrini isə xalq çəkir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol