Sentyabrın 13-nə keçən gecə Ukrayna ordusunun Sevastopola raket hücumu nəticəsində “Rostov-na-Donu” dizel-elektrik sualtı qayığın zədələnməsinin fotoları ortaya çıxıb.
“AzPolitika.info” bu barədə “Ukrainskaya Pravda”ya istinadla xəbər verir.
Sosial şəbəkələrdə paylaşılan fotolarla yanaşı, məlumatda deyilir: “Yayımlanan fotolar “Rostov-on-Donu” sualtı qayığının keçən həftəki hücumdan sonra məruz qaldığı dağıntıların tam həcmini göstərir.”

Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Sevastopolun işğalçı hakimiyyəti Kilen-balka ərazisində gəmi təmiri zavodunda yanğın baş verdiyi, Rusiya Müdafiə Nazirliyi isə raket və pilotsuz qayıqların hücumu barədə məlumat verib.
Rusiyanın “Baza” Telegram kanalı hücum nəticəsində böyük desant gəmisi "Minsk" və 2014-cü ildə suya buraxılan və "Kalibr"in daşıyıcısı olan "Rostov-na-Donu" dizel-elektrik sualtı qayığın ciddi xəsarət aldığını yazıb.
Ekspertlər deyirlər ki, sualtı qayığı istismara qaytarmaq üçün istənilən cəhd, çox güman ki, uzun illər çəkəcək və yüz milyonlarla dollara başa gələcək.
Rüfət
AzPolitika.info


Şərhlər