Menu

ABŞ Rusiyanı separatçılara dəstək verməməyə çağırdı

25.11.2014, 12:23
ABŞ Rusiyanı separatçılara dəstək verməməyə çağırdı

ABŞ Rusiya ilə abxaz separatçılarının müqaviləsini tanımadığını bəyan edib."Ria Novosti" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cef Ratke jurnalistlərlə görüşündə bildirib.

O, deyib ki, Vaşinqton bir daha Moskvanı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarından vaz keçməyə çağırır.

"Biz Rusiyanı bir daha bütün öhdəliklərini yerinə yetirməyə çağırırıq. Moskva öz qoşunlarını 2008-ci ildən əvvəl olduğu kimi Cənubi Osetiyanın ərazisindən geri çəkməlidir", - deyə Dövlət Departamentinin rəsmisi bildirib.

Cef Ratke Vaşinqtonun Gütcüstanın ərazi bütövlüyünü müdafiə etdiyini bir daha bəyan edib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol