Menu

İrəvanda Paşinyanın istefası tələbi ilə aksiya keçirilir

19.09.2023, 18:10
İrəvanda Paşinyanın istefası tələbi ilə aksiya keçirilir

Ermənistanın paytaxtı İrəvanın mərkəzində etiraz aksiyası keçirilir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Respublika meydanında toplaşan azsaylı kütlə Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror əməliyyatı ilə bağlı Ermənistana hakimiyyətinə etiraz ediblər.

Onlar Nikol Paşinyan hakimiyyətinin istefa verməsini tələb edərək hökumət binasına daxil olmağa cəhd göstəriblər.

Bu zaman etirazçılarla polis arasında toqquşma olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol