“Gözlənildiyi kimi, uğursuz danışıqlardan sonra Azərbaycan özünün Qarabağ bölgəsində Ermənistan Müdafiə Nazirliyinin hərbi infrastrukturunu məhv etmək üçün antiterror əməliyyatına başlayıb. Türkiyə Azərbaycana tam dəstək elan edib, Rusiya və İranı Azərbaycanın daxili işlərinə qarışmaq cəhdinin nəticələrindən xəbərdar edib”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-da yaşayan azərbaycanlı təhlilçi Ramiz Yunus “Facebook” səıhifəsində yazıb.
“Əməliyyat dəqiq və ildırımsürətli olacaq və çox yaxında Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda Azərbaycan bayrağının necə ucaldılacağını hamımız görəcəyik”, - o, əlavə edib.
Ekspert Azərbaycanın separatçılara dəfələrlə xəbərdarlıq etdiyini bildirir: “Xəbərdarlıq etmişdik: doğru yola gəlməyəcəksinizsə, daha pis olacaq, "Kim xala", "Menendez dayı" ilə birgə olmaq artıq sizə kömək etməyəcək. Zaman artıq fərqlidir və ən əsası Azərbaycan indi fərqli ölkədir. Böyük Onoré de Balzakın dediyi kimi: "Gözləməyi bilənlər üçün hər şey vaxtında gəlir".
“AzPolitika.info”


Şərhlər
Allah Qüvvət Versin! Eşq olsun ORDUMUZA ! Eşq olsun İLHAM ƏLİYEVƏ ! Eşq olsun RƏCƏB TƏYYUB ƏRDOĞANA ! Eşq olsun BƏXDİYAR Paşamıza !
Ramiz Yunus əslində kimdir? Ramizin yenidən saytlarda fəallığı übhələri artırır.Buna kim aydınlıq gətirəcək?Axı o artıq Azərbaycanda deyl və ölkənin aktiv həyatında iştirak etmir.Onun mülahizələri,"düşüncəsi"Azərbaycanda kimə maraqlıdır və məqsəd nədir?