Menu

"Üstümə bıçaq çəkdi, tapança çıxardı, bağ evinə hücum etdi" - Nazirlər Kabinetinin İdarə müdiri

20.09.2023, 19:07
"Üstümə bıçaq çəkdi, tapança çıxardı, bağ evinə hücum etdi" - Nazirlər Kabinetinin İdarə müdiri

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb etməkdə təqsirləndirilən Vahid Xələfovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Hikmət Xəlilov ifadə verib.

O ifadəsində deyib ki, təqsirləndirilən Vahid Xələfovu 2006-cı ildən tanıyır: "Polkovnik dostum bizi tanış etdi. O, dedi ki, qonşum işləmək istəyir ona kömək edim. Mən də onu SOCAR-da Sosial şöbədə olan tanıdığım şəxslə tanış etdim. Dedim baxın işindən razı qalsanız buna da iş verin".

Zərərçəkmiş ona 3 sifariş verdiyini bildirib: "Əvvəl atamın evini, daha sonra oğlumun evini sifariş etdim. Sonradan qardaşım oğlunun evini də sifariş etdim. Bütün bunların pulun ödəmişəm".

H.Xəlilov ifadəsində 2015-ci ildən təqsirləndirilən şəxsin ondan pul tələb etdiyini deyib: "Bir gün zəng elədi ki, gəl görüşək. Sənin mənə borcun var. Daha sonra məktub gəldi ki, mənim ona 1 milyon borcum var. Mənim işlərimi görmək üçün kredit götürüb ödəyə bilmir".

O, sonradan təqsirləndirilən şəxslə görüşdüyünü qeyd edib: "Görüşəndə mənimlə çox aqressiv danışırdı. Üstümə bıçaq çıxardı və borcu olan pulu ödəməyimi istədi. Sonradan mənimlə bağlı araşdırma aparılmasını istəyib. Yoxlandı gördülər ki, təmizəm".

Hikmət Xəlilov təqsirləndirilən Vahid Xələfovun 2016-cı ildə onun bağ evinə hücum etdiyini deyib: "Bir axşam bağ evimdə mühafizə zəng etdi ki, evə hücum ediblər. Bütün hadisələrin video görüntüsünü polisə verdim. Daha sonra mənə zənglər etməyə, SMS-lər göndərməyə başladı. Mənə hədə- qorxu gəlirdi. Deyirdi ki, əlimdə sənədlərin var. Mən də dedim ki, sənəd var, hara istəyirsən apar ver".

Zərərçəkmiş Vahid Xələfovun iki dəfə onun maşınının qabağını kəsdiyi bildirib: "Keçən il maşınımın qabağını kəsdi. Başladı dalaşmağa. Dedi ki, 250 min ver borcunu bağlayım. Bu ilin aprelin 6-da yoldaşımla maşında gedəndə qabağımızı kəsdi. Əlində dəmir vardı. Düşdü maşından bizə tərəf gəldi. Sonradan belindən tapança çıxardı. Qışqırırdı ki, düş maşından 1 milyon manat borcumu ver. Yoldaşım qışqıranda oyandım. Qaza basdım getdim".

Təqsirləndirilən şəxs Vahid Xələləfov zərərçəkmiş Hikmət Xəlilova cavab olaraq onun 3 yox, 12 sifarişini icra etdiyini deyib.

Daha sonra hakim Azad Məcidov təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi sənədlər içində Hikmət Xəlilovun ona 4 milyon manat və 324 min dollar borcu olduğunu qeyd edib.

Məhkəmə iclası oktyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Vahid Xələfov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb etməkdə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 182.4-cü və 322-ci maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə tələb olunan pul 4 milyon 600 min manatdır.

Şərhlər

dadaşyev 2023-09-21 16:48:16

Son dərəcə qaranlıq məsələdir.Bu dolaşıq kələfi açmaq üçün Şerlok Holms lazımdı.Adam elə xırda detallardan yapışardı ki,ingilis xalqı deyərdi “sən beləysənmiş balam,ay bərəkallah sənə”.Məsəla,bax bu cümlələr ki var,” Bu ilin aprelin 6-da yoldaşımla maşında gedəndə qabağımızı kəsdi. Əlində dəmir vardı. Düşdü maşından bizə tərəf gəldi. Sonradan belindən tapança çıxardı. Qışqırırdı ki, düş maşından 1 milyon manat borcumu ver. Yoldaşım qışqıranda oyandım. Qaza basdım getdim",bunu oxuyandan sonra Holms qəlyanından yekə bir qullab alıb soruşardı:” Ser Xəlilov,onun maşından düşüb sizə tərəf gəlməyi azı yarım saat çəkməlidi ki,o gəlib çatana qədər sizi yuxu tutsun,yəni birisi sanki Xalqlar Dostluğundakı maşının qabağını kəsmək üçün Qara Qarayevdə maşınıyla yolu kəsir və oradan Xalqlar Dostluğuna qədər piyada gəlir ki qaytar borcumu,o gəlib çatana qədər də qabağı kəsilən adamı maşında yuxu basır.Ya da maşının qabağını kəsən adam yarım saatdan sonra maşından düşüb ki,sizi yuxu tutsun.Sonra,”əlində dəmir vardı,düşdü maşından bizə tərəf gəldi”.Sonrakı cümlə əvvəl işlənsə şübhə doğurmaz.Maşından düşməlidir ki,əlində nə olduğunu görəsən.”Sonradan belindən tapança çıxardı”.Anlaşılmır,adam tapaçnçayla gəlmişsə dəmirə nə ehtiyac var.Dəmirlə qorxutmaq istəyirmişsə tapança niyə çıxarmış sonradan?Və daha əcaibi budur ki,qışqırığa oyandın və qaza basdın getdin.Əgər qaza basıb getmək mümkün imişsə demək,yolunuz tam kəsilməyibmiş.Elə isə adamın illərlə sizdən nə istədiyini bildiyiniz halda niyə maşını saxlamısınız?Qaza elə əvvəldən də basıb gedəmmirdinizmi?”

Moshu 2023-09-21 01:29:16

Azpolitika, şəthə görə təşəkkürlər

Moshu 2023-09-20 22:43:33

Açığı çoxdandır ki, yazılara fikir bildirmək firkində deyildim. Sonra tormozum tutmadı, ürəyimi boşaltmaq qərarına gəldim. Həqiqətən də çox unikal millətik. Sabiq baş nazirimiz Novruz Məmmədov iddia edir ki/, o, boş nazir olan vaxtı bəzi nazirlər kimlərisə tasa otuzdurmuşlar. Məndən asılı olsa idi referendum yolu ilə Nazirlər Kabinetini Reket Kabineti adlandırardım. Ay cənab Novruz Məmmədov Siz bu cinayət faktlarını fəaliyyətdə olduğunuz dövrdə niyə hüquq-mühafizə orqanlarının qarşşısında qaldırmırdınız? Fikrimcə, Baş Prokurorluq bu məsələyə aydınlıq gətirməlidir. Hazırda konkret yazı ilə bağlı bir neçə söz. Maraqlıdıq, hansı şəxsi keyfiyyətlərinə görə Hikmət Xəlilov bu sahədə diletant bir adam kimi Nazirlər Kabinetinin işlər müdiri vəzifəsinə təyinat alır? O Prezident Administrasiyasında Əli Əsədovun xidmətində sıravi işçi idi. Nə kimi təcrübəsini, şəxsi leyfiyyətini, savadını nəzərə alaraq hörmətli Əli Əsədov belə təyinata imza atıb? İstər-istəməz bu təyinatın arxasında qaranlıq məqamların yer alması fikri ortaya çıxır. Proteksionizm, yerlibazlıq, tayfabazlıq, bazlıq, bazlıq nə bilim nələr, nələr. Bizim yüksək vəzifəlilərimiz dövlət orqanına şəxsi bazar kimi baxırlar. Heç kimin dövlət maraqları vecinə deyil. Birincisi, antiterror əməliyyatının uğurla başa çatmasına görə xalqımı təbrik edirəm, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, başın sağ olsun Vətən deyirəm. İkincisi, bundan sonra cənab Prezidentdən bir xahişim var. Düşmən erməni ilə antiterror əməliyyatı uğurla başa çatdı. Bu təkcə mənim deyil, 10 milyonluq əhalinin arzusudur. Cənab Prezident üzünü sadə xalqa çevirib daxildəki “ermənilərə” qarşı antiterror əməliyyatına başlasa, O, əbədi olaraq tarixə düşəsidir. Hələlik bu qədər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol