Menu

Antiterror əməliyyatları zamanı Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDOS hücum olub

21.09.2023, 12:17
Antiterror əməliyyatları zamanı Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDOS hücum olub

Azərbaycan antiterror əməliyyatlarına başlayanda dövlət qurumlarının internet resurslarına çoxsaylı hücumlar qeydə alınıb.

"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu hücumların qarşısı uğurla alınır.

"Belə hücumların biri də ölkə Prezidentinin saytına olub. Belə ki, saniyədə 4 milyondan çox botnet sorğular, DDOS hücumlar qeydə alınıb", - deyə Tural Məmmədov əlavə edib.

Şərhlər

B.Qarabağlı 2023-09-21 13:30:03

Millətçi ermənilərin milyonlarla azərbaycanlı ailələrinə qarşı erməni-faşist deportu və DQMV soyqırım terrorlrına qarşı BMT TŞnın ədalətli həll qətnaməsi olmasına baxmayaraq da, Bizim on illərlə Beynəlxalq Məhkəmələrdə öz doğma hüquqlarımızı iddia etməmiz aşkar terrorçuların tərəfdarlarını Ermənistan çərçivəsindən çıxarıb, bütün radikal xristian dünyasının əks iddiasi (rotasiya) səviyyəsinə qaldırıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol