Menu

Qarabağda hərbi əməliyyatların dayandırılması inkişafa səbəb olacaq - ABŞ nümayəndəsi BMT-də

22.09.2023, 00:34
Qarabağda hərbi əməliyyatların dayandırılması inkişafa səbəb olacaq - ABŞ nümayəndəsi BMT-də

ABŞ Qarabağda baş verənlərdən narahatdır və biz bu fəaliyyətlərin dayandırılmasına çağırış edirik.

APA xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələrində ABŞ nümayəndəsi Linda Tomas Qrinfild bildirib.

O bildirib ki, hərbi əməliyyatların dayandırılması müsbət haldır və inkişafa səbəb olacaq.

“ABŞ humanitar təşkilatlara müraciət edərək yardımların çatdırılmasını təşviq edib. Bu həfətə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Qarabağdakı erməni əhəliyə yardımlar çatdırıldı. Həqiqətən bu çox önəmli hadisə idi”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu böhranın yeganə yolu zorakılığa son qoymaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol