Ukrayna Silahlı Qüvvələri payızda və qışda əks-hücum əməliyyatını davam etdirəcək.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Amerika mətbuatına açıqlamasında deyib.
Zelenski bildirib ki, Ukrayna ötən il Xarkov istiqamətində başlatdığı uğurlu əks-hücumdan dərs çıxarıb. Belə ki, həmin vaxt Ukrayna ordusu əməliyyatı dayandıraraq, bir neçə aylıq fasilə götürdüyü üçün Rusiya işğal olunmuş ərzilərdə dərin müdafiə ustehkamları yarada bilib. Bu dəfə Ukrayna eyni səhvi təkrarlamayacaq və əks-hücum əməliyyatı dayandırılmayacaq.
Zelenski əlavə edib ki, qarşıdakı dövrdə Ukrayna Ordusu daha iki şəhəri azad edəcək və Baxmutu götürəcək. Prezident həmin şəhərlərin adını çəkməyib.
Zelenski ABŞ-da keçirdiyi görüşlərin uğurlu nəticələr verdiyini də deyib.
“AzPolitika.info”


Şərhlər