RUSLAR DA GEDƏCƏK!

Nurəddin İsmayıl

Vətən eşqi məktəbində can verməyi öyrənmişik 

Ustadımız deyib heçdir, vətənsiz can, Azərbaycan. 

M.H.Şəhriyar

24 saat davam edən antiterror əməliyyatı uğurla başa çatdı. Himayədarlarından əl üzən separatçı rejim diz çökdürüldü və ağ bayraq qaldırmağa məcbur oldu.

Paşinyan hakimiyyəti anladı ki, Azərbaycanın başlatdığı lokal əməliyyatlarda hərbi tərəfə çevrilmək, müharibənin sərhədlərinin onun ərazisi boyunca genişlənməsinə səbəb ola bilər. Ona görə də seyrçi qalmağa üstünlük verdi və qondarma rejimə susqunluqla anlatdı ki, barışdan başqa yolunuz yox.

Hər həmlədə daha sarsıdıcı zərbə alan, hərbi strukturları məhv edilən, əhalisi psixoz vəziyyətə düşən Ermənistan dərk edir ki, nə qədər alçaldıcı olsa da, yeganə çıxış yolu 10 noyabrda imza atdığı üçtərəfli sazişin təslimçi şərtlərini yerinə yetirməkdir. Hərbi təxribata yeni cəhd yeni və daha böyük itkiləri qaçılmaz edir. 24 saat ərzində ordumuzun sürətlə irəliləyişi, düşmənin strateji əhəmiyyətli hərbi obyektlərinin peşəkarlıqla, dəqiqliklə məhv edilməsi, bir sıra yüksəkliklərin, yaşayış yerlərinin nəzarətimizə götürülməsi ordumuzun hansı gücə, hazırlığa, hərbi manevr imkanlarına sahib olduğunu bir daha ortaya qoydu. Əlbəttə, hər birimizin içini göynədən, hər bir evdə acısı yaşanan şəhid itkiləri, yaralılarımız var və bunlar müharibə dövrünün qanunları ilə şərtlənən məsələlərdir. Düşmən bu itkilərin qat-qat artıq mislini haqq etdi. Axıdılan qanlar, qurban verdiyimiz şəhidlər vətənin xilası üçündür və “Torpaq - uğrunda ölən varsa, vətəndir!” demişlər. Əsas odur ki, bir zaman eyforiyaya qapılan erməni dığaları Yevlax, Bərdə yolunu göstərib bu yolun onları Bakıya apardığını işarə etdiyi halda, bu gün Yevlax danışıqlarının məğlub tərəfi kimi təmsil olunurlar. Normalda qalib tərəf məğlub tərəfin heç bir şərtini qəbul etməməli, öz diktəsini irəli sürməlidir. Lakin dövlət başçısı İ.Əliyev regionda və beynəlxalq aləmdə gedən prosesləri, beynəlxalq hüququn böyük güclər əlində oyuncağa çevrildiyini, işimiz haqq işi olsa da, ölkəmizə qarşı hansı məkrli planlar qurulma etimalını yaxşı bildiyinə görədir ki, sülh təklifini prioritet olaraq gündəmə gətirdi və tərkisilah olduqları halda erməni vətəndaşlara ölkə qanunları çərçivəsində rifah halında yaşamaq, azad şəkildə hər cür fəaliyyət göstərmək qapısı açdı.

Bir çoxları erməni icması ilə görüş keçirilməsini, Xankəndidə yaşayan erməni vətəndaşlarımıza humanitar yardım göstərilməsini düzgün hesab etmir və onlara qarşı ən sərt tədbirlərin görülməsini tələb edirlər. Amma unudulur ki, bu məsələdə hədəf xalq deyil, hərbi canilər, terroristlər, xunta rejimi olmalıdır. Onlar da öz cəzasını qədərincə alıb və Qarabağ defakto tam yurisdiksiyamıza daxil olana qədər bu cəza tədbirləri davam edəcək. Əslində dövlət başçısı bu humanist addımı ilə uzun illər ermənilərin məqsədyönlü şəkildə haqqımızda yaratdığı mənfi obrazı, guya türklərin zaman-zaman onları soyqırıma məruz qoyması barədə narrativləri heçə endirdi.

Bir çox vətəndaşımız yenə də tam qələbə əldə edilməməsindən, rus sülhməramlı kontingentin ərazilərimizdən çıxarılmamasından dolayı əndişlər keçirir. Ancaq biz Qarabağ məsələsinin münaqişə olaraq 30 ildən artıq beynəlxalq kürsülərə daşındığını, siyasiləşdiyini və bu münaqişənin ermənilərin xeyrinə bitməsi üçün böyük güclərin bizə necə təzyiqlər göstərdiyini yaddan çıxarmamalıyıq. Siyasət həm də zamanlama elmidir. Vaxtından əvvəl atılan addım da, həddən artıq gecikmə də qələbə üçün şans vermir. Biz artıq o zamanın iştirakçılarıyıq ki, 24 saatlıq antiterror əməliyyatı ilə düşməni diz çökdürdük, danışıq masasına gətirdik.

Rus sülhməramlılarına gəldikdə isə, bu məsələ əvvəl-axır həllini tapacaq və məcburi şərtlər daxilində ərazimizdə yerləşən bu qüvvələr Azərbaycanı tərk edəcək. Hazırkı beynəlxalq siyasi şərait, Ukrayna bataqlığına cəlb olunan Rusiyanın zəifləməsi, Azərbaycanın masada və sahədə əlinin güclənməsi, dövlətimizin iqtisadi, hərbi gücünün artması, siyasi iradəsinin ortaya qoyulması bunu qaçılmaz edir.

635x100

Şərhlər

Həsən 2023-09-23 15:40:15

Nər nə var acıb ağartmayın. Vaxtı gələndə deyərsiz. İndi elə vaxtıdırkı biz ehtiyatlı olalıyıq. Rusu aqresivləşdirib üzərimizə qaldırmayım. Bir az siyasətiniz olsun.

t.ədalət 2023-09-23 15:23:29

Rusların Qarabağdan getmək fikirləri yoxdur.Putin Xankəndində rus icması yaradıb onu qorumağa başlayacaq.Rusların Xankəndindən çıxıb getməsinə bizdə maraqlı adamlar da yoxdur.Nurəddin müəllim,hələ də biz rusun diqtəısi ilə idarə olunuruq.

Son yazılar