Menu

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib - FOTOLAR

23.09.2023, 16:13
Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib - FOTOLAR

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu 2 nəqliyyat vasitəsi hazırda açıq olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda yanacaq daşıyan avtomobillər Xankəndi istiqamətində hərəkət edir.

Yanacaq ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.

Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol