“Qarabağda 23 saatlıq əməliyyatla diz çökdürülən erməni işğalçılarının son qalıqları da bölgədən təmizlənir. Azərbaycan rəhbərliyi Yevlaxdakı görüşdə erməni icmasının nümayəndələrinə qondarma rejimin ləğvi, yerli idarəetmə, iqtisadiyyat, bütün dövlət qurumu və təşkilatların, polis strukturlarınını rəsmi Bakıya inteqrasiyası ilə bağlı vaxt verdi. Azərbaycan Qarabağdakı quldur dəstələrinin məhv edilmə prosesinə başladıqdan sonra azərbaycanlılara qarşı terrorda iştirak edən şəxslər istisna olmaqla, erməni dəstə üzvləri və mülki əhalinin Laçın dəhlizi ilə ərazidən təxliyəsinə şərait yaradıldı”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Türkiyənin aparıcı nəşrlərindən olan “Türkiye Gazetesi”ində yayımlanan “Zənəgəzurda müharibə hazırlığı – İran və Ermənistan qüvvə toplayır” başlıqlı məqalədə bildirilir.
Sözügedən məqalənin tərcüməsini oxuculara təqdim edirik: “Müəyyən edilib ki, Qarabağdan ayrılan erməni quldur dəstələrinin bir hissəsi yeni təxribatlar üçün Zəngəzur dəhlizinə göndərilib. İran-Fransa-Ermənistan üçlüyü Zəngilan-Qubadlı-Kəlbəcər xətti boyunca mövqelərini möhkəmləndirib və yeni müharibəyə hazırlaşırlar. Əsl böyük müharibə məhz Zəngilan-Zəngəzur xəttində gedəcək. Türkiyə tərəfi Qarabağdan qovulmuş erməni quldur dəstələrinin Zəngəzura daşınmasını, Göyçə gölü, Kəlbəcər, Qubadlı və Zəngilan xəttlərindəki fəaliyyətini diqqətlə izləyir. Bölgədə erməni quldur dəstələri üçün yeni düşərgələr yaradılıb. Qarabağı tərk edən dəstə üzvləri ilk olaraq Sisyandakı mərkəzlərə yönləndirilir. Ardınca Azərbaycanın Zəngəzur bölgəsinin ətrafındakı təmas xətti boyunca yerləşdirilirlər. Birinci Qarabağ müharibəsi veteranı, polkovnik Cəlil Xəlilov bildirib ki, Azərbaycan ordu və kəşfiyyat mərkəzləri bölgədə baş verənlərdən xəbərdardır və bütün lazımi tədbirləri görür.

Ermənilərin yeni təxribata hazırlaşdığını açıqlayan Xəlilov sözlərinə bu cür davam edib: “Təbii ki, bu təxribatın qarşılığı çox ağır olacaq. Ermənilər noyabrın 10-da bütün silahlı qüvvələrin Qarabağdan çıxarılmasını və Zəngəzur dəhlizinin açılmasını öhdəlik olaraq üzərlərinə götürüblər. Ermənilərin Qarabağda vaxt uzatma hərəkətləri 19 sentyabr əməliyyatı ilə başa çatdı. İndi növbə Zəngəzurdadır. Bundan sonra əsas mübarizə Zəngəzurda olacaq və istənilən halda o dəhliz açılacaq”.
Polkovnik Qarabağı tərk edən mülki şəxslərin İrəvana yox, xüsusilə Avropaya, Belarusa və Rusiyaya getməyə çalışdıqlarını bildirib.
Türkiyə nəşri müxtəlif mənbələr vasitəsilə İranın bir müddət əvvəl Sisyana xüsusi kəşfiyyat və hərbi heyət göndərdiyini və bu bölgəyə müxtəlif ölkələrdən terrorçuların daşındığını öyrənib.
Uzun müddət Qarabağda xidmət etmiş, Azərbaycan Ordusunun keçmiş zabiti, təhlükəsizlik üzrə ekspert Azər Bayramov bildirib ki, bundan sonra Zəngilan-Zəngəzur xətti xeyli gərginləşəcək. Bayramov İranın Qarabağla bağlı təhdidlərinin nəticə vermədiyini, lakin Zəngəzur dəhlizi məsələsinin Tehranın narahatlığını artırdığını diqqətə çatdırıb. O, sözügedən dəhlizin yaxınlığında yerləşən Ordubad rayonu istiqamətində İranın təxribatlarının artdığını da vurğulayıb.
“Həmin istiqamətdə yeni səngərlər, yeraltı tunellər qazılır, əraziyə əlavə silah-sursat toplayırlar. Lakin bu istiqamətdə bütün hakim yüksəkliklər ordumuzun nəzarətindədir. Bizim orada hər cür təxribata cavab vermək imkanımız var. Düşünürəm ki, Paşinyanın Zəngəzurun açılmasına müqavimət göstərmək gücü yoxdur. Bu dəhlizin açılması geciksə, Azərbaycan hərbi variantlara əl atmaqdan çəkinməyəcək”, - deyə o, bildirib.
Azərbaycan ordusunun Qarabağda başlatdığı antiterror əməliyyatından sonra Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası üçün başlayan etiraz aksiyaları davam edir. Paytaxt İrəvanda yürüşə çıxan Paşinyanın əleyhdarları parlament binası qarşısına toplaşır. Paşinyana qarşı şüarlar səsləndirən nümayişçilər polislə qarşıdrumaya girməkdən belə çəkinmirlər.Onlar Paşinyanı vətənə xəyanətdə ittiham edirlər”.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Zəngəzur dəhlizi ilə bağlı heç bir müharibə olmayacaq .« Türkiyə » qəzeti elə Türkiyənin özündə yalan ,böhtan yazılarla ad çıxarıb ,dəhliz isə açılacaq ola bilsin adı dəyişsin ,komunikasiya xətləri və s. Belə bir dövrdə hansı axmaq ölkə müharibəyə qoşular ,özüdə mənasız bir iş üçün ,Paşik açıq dedi açılacaq və postlar qurulacaq ,vəssalam