Ukrayan hərbi kəşfiyyatının rəhbəri, general Kirill Budanov Krım körpüsünün yenə vurulacağına dair vəd verib.
“AzPolitika.info” xəbər verir ki, “TheDrive” nəşrinə danışan Budanov Rusiyanın Ukraynadakı işğalçı ordusunun təminatında əhəmiyyətli yer tutan Krım körpüsünün son nəticədə məhv ediləcəyini bildirib: “Məsələ biz hücum edib-etməyəcəyimizdə deyil. Bunu mütəmadi olaraq edirik və mütləq başa çatdıracağıq. Bu, sadəcə, zaman məsələsidir”.
Jurnalistin Vladimir Putinin buna mümkün reaksiyası barədə sualına isə Budanov belə cavab verib: “Putin nə edəcək? Yenə əsəbləşəcək. Putin nə edə bilər ki?”
Xatırladaq ki, sonuncu dəfə Ukrayna Krım körpüsündəki avtomobil yolunu iyulun 17-də sıradan çıxarıb. Yalnız iki aydan sonra körpüdə hərəkət tam bərpa olunub.
“AzPolitika.info”


Şərhlər