Məlum olduğu kimi, Azərbaycanın uğurlu anti-terror əməliyyatı nəticəsində Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri kapitulyasiya elan ediblər. Hazırda onlara aid hərbi texnika və silah-sursatın təhvil-təslim prosesi həyata keçirilir.
“AzPolitika.info” xəbər verir ki, Kremlin ən çirkin təbliğatçılarından olan Vladimir Solovyov Azərbaycan Ordusunun qarşısından qaçan qanunsuz birləşmələrdəki minlərlə erməniyə “yeni iş yeri” təklif edib.
O, öz verilişində həmin erməniləri Ukraynada, Rusiyanın tərəfində döyüşməyə çağırıb: “”Qarabağ ordusu”ndan kim qalıbsa “lxr” və “dxr”-in birinci, yaxud ikinci korpusuna qoşula bilərlər. lazımdırsa, öz simvolları ilə ayrıca hərbi birləşmə kimi “işləsinlər””.
Qeyd edək ki, Solovyovun bu “təklifi” Ukraynada hiddətlə qarşılanıb.
Video linkdə: https://www.facebook.com/100014349978377/videos/28...
“AzPolitika.info”


Şərhlər