Menu

Ukrayna Rusiyaya zərbə endirmək üçün ATACMS raketlərindən istifadə etməyəcək - Danilov

26.09.2023, 10:52
Ukrayna Rusiyaya zərbə endirmək üçün ATACMS raketlərindən istifadə etməyəcək - Danilov

Ukrayna Silahlı Qüvvələri Rusiyaya zərbə endirmək üçün ATACMS raketlərindən istifadə etməyəcək.

APA xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov İspaniyanın ABC nəşrinə müsahibəsində deyib.

Danilov qeyd edib ki, taktiki raketlər yalnız Ukrayna ərazisini qorumaq üçün istifadə olunacaq:

"Biz raketlərdən Rusiya ərazisində istifadə etməyəcəyik, tərəfdaşlarımızla bu barədə razılaşmamız var".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol