Rusiya sülhməramlılarının Qarabağ regionunda mövcudluğiu yəqin ki, aktual olmayacaq.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Dumasının üzvü, MDB məsələləri Komitəsinin sədr müavini Viktor Vodolatski Rusiya mətbuatına açıqlamasında deyib.
Hakim “Vahid Rusiya” partiyasını təmsil edən Vodolatski bildirib ki, hazırda Qarabağdakı separatçı qurumun ləğvi prosesi gedir və bundan öncə isə Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb: “Azərbaycan tərəfi orada qalan insanlara şərait yaradacaq, çünki ora Azərbaycanın ərazisidir”.
Deputat qeyd edib ki, bu halda Rusiya sülhməramlılarının bölgədə qalması öz aktuallığını itiurə bilər. Lakin onun fikrincə, son qərarı Azərbaycan, Rusiya və Ermənistan başçıları verməlidir.
“AzPolitika.info”


Şərhlər