Menu

"Hərbi xidmət əleyhinə olan cinayətlər 31,9 % azalıb" - Xanlar Vəliyev

29.09.2023, 10:36
"Hərbi xidmət əleyhinə olan cinayətlər 31,9 % azalıb" - Xanlar Vəliyev

"2022-ci ilin 8 ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 8,7%, hərbi xidmət əleyhinə olan cinayətlər 31,9% azalıb".

"Report" xəbər verir ki, bunu Respublika Hərbi prokuroru Xanlan Vəliyev deyib.

Onun sözlərinə görə, qəsdən adam öldürmə cinayətləri 33,3%; Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 15,2%; Hərbi xidmətdən yayınma cinayətləri 42,7 %; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3% və özünü öldürməyə cəhd hadisələri 66,7 % azalıb.

Şərhlər

Əsgər 2023-09-29 11:01:51

Möhtərəm Prezident hələ bunu vəzifədə saxlatıb? Təəcüblü deyilmi?O boyda Tərtər Hadisələri,digər cinayətlər....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol