Menu

2015-ci il Avropa Oyunlarının rəmzləri təqdim edilib

25.11.2014, 17:43
2015-ci il Avropa Oyunlarının rəmzləri təqdim edilib

Bakıda 2015-ci il Avropa Oyunlarının təşkilatçıları bu gün oyunların rəsmi rəmzlərini – Ceyran və Narı təqdim ediblər.Azərbaycan təbiətinin və mədəni irsinin rəmzi olan Ceyran gözəlliyi və zərifliyi təcəssüm etdirir, Azərbaycanda qorunan növlərdəndir.

Nar məşhur meyvə, həyat və enerji rəmzidir.

Bakıda 2015-ci il Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-nə qədər keçiriləcək. Ümumilikdə 20 idman yarışı keçiriləcək, bunların 16-sı Olimpiya idman növləridir.

Avropanın bütün guşələrindən 6 000-dən çox idmançı 17 gündən çox davam edən yarışlarda ölkələrini təmsil edəcəklər.

İdman yarışlarının 11-i 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunları üçün seçim yarışı kimi keçiriləcək. Bu, oxatma, yüngül atletika, boks, velosiped idmanı, atış, üzmə, masaüstü tennis, taekvondo, triatlon, güləş və voleybol idman növləridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol