“O, Azərbaycan diplomatlarını öldürəcəyi ilə hədələmişdi”
Moskvanın Qarabağa göndərdiyi emissarı Ruben Vardanyanın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi hazırda Ermənistanın əsas gündəm mövzularından biri olaraq qalmaqdadır. Rusiyapərəst müxalifət onu qızğın şəkildə müdafiə etdiyi halda, Paşinyan hakimiyyətinin tərəfdarları arasında onun həbsinə sevinənlər üstünlük təşkil edirlər. Çünki hər kəs Vardanyanın regiona göndərilməsində son məqsədin Paşinyan hakimiyyətinin devrilməsi olduğunu bilir.

“AzPolitika.info” xəbər verir ki, tanınmış erməni bloqer Roman Baqdasaryan Vardanyanın həbsindən sonra onu ağır söyüşlərlə təhqir edib və onun “Bakı həbsxanasında gəbərməsini” arzulayıb. Bir neçə saat ərzində 100 mindən çox baxış toplayan həmin videoda Baqdasaryan Azərbaycanın haqlı olaraq Vardanyanı yaxaladığını bildirib.
O, Qarabağ separatçılarının digər nümayəndəsi, Azərbaycana qarşı hərbi cinayətlər törətmiş Vitali Balasanyanın da ünvanına təhqirlər səsləndirib. Baqdasaryan deyib ki, bütün bu illər ərazində Balasanyan narkotik əkib becərməklə, satmaqla məşğul olub və erməni gəncləri zəhərləyib. Lakin Azərbaycan ona bu cinayətlərini davam etdirməsinə imkan verməyəcək.
Vardanyana gəlincə, Baqdasaryan deyib ki, Azərbaycan onu həbsdən buraxmayacaq: “Bizim qonşumuza(Azərbaycan-red.) afərin olsun ki, bu fahişənin oğlunu(Vardanyan-red.) həbs etdi... Qoy həbsxanada gəbərsin... Kim müdafiə edəcək bu pisliyi? Qarabağ erməniləri, Rusiyada yaşayan və Vardanyanı müdafiə edən ermənilər elə bilirlər ki, Vardanyanı həbsdən azad edəcəklər? Sizi 100 faiz əmin edirəm ki, Vardanyan Bakı həbsxanasından çıxmayacaq. Bu, dəqiq məlumatdır. Çünki Azərbaycan Vardanyanın videosunu, dediklərini unutmayıb. Vardanyan qonşu ölkəni “nemezis”lə, yəni, bütün dünyada Azərbaycan diplomatlarını öldürəcəyi ilə hədələyib. Vardanyan Azərbaycan səfirlərini və məmurlarını bütün dünyada öldürəcəyini deyib və buna görə də Əliyev heç bir şərtlər daxilində Vardanyanı buraxmayacaq”.
Tanınmış bloqer Vardanyanın bir il əvvəl Qarabağa Kremlin sifarişilə, hətta zorla göndərildiyini, buna görə də onun depressiyada olduğunu bildirib: “Ruslar ona deyiblər ki, ya Qarabağa gedəcəksən, ya da səni öldürəcəyik”.
Baqdasaryan əlavə edib ki, Vardanyanın Rusiyadakı şərikləri də onun ölümündə, ya da heç zaman həbsdən çıxmamasında maraqlıdırlar.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər