Menu

"Rusiya sülhməramlı missiyasının uzadılması imkanı Azərbaycanla müzakirə olunacaq" - Peskov

29.09.2023, 15:06
"Rusiya sülhməramlı missiyasının uzadılması imkanı Azərbaycanla müzakirə olunacaq" - Peskov

Qarabağdakı Rusiya sülhməramlı missiyasının uzadılması imkanı Azərbaycan tərəfi ilə müzakirə olunacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"İndi Azərbaycan ərazisində yerləşən missiyadan söhbət gedir. Bu, bizim Azərbaycan tərəfi ilə müzakirəmizin predmeti olacaq”, - deyə Kremli sözçüsü vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Qarabağ regionun Rusiya sülhməramlı kontingenti İkinci Qarabağ müharibəsinin yekununda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşması əsasında 5 il müddətinə yerləşdirilib.

Şərhlər

t.ədalət 2023-09-29 19:40:02

ermənilər gedəndən sonra,görəsən,Putin kimi-kimdən qoruyacaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol