Menu

Ukraynanın cənubunda həyəcan siqnalı – “Shahed”lərlə hücum olub

30.09.2023, 11:19
Ukraynanın cənubunda həyəcan siqnalı – “Shahed”lərlə hücum olub

 Ukrayna Hərbi Hava Qüvvələri cümə günü axşam saatlarında Krımdan bir neçə PUA qrupunun buraxılması barədə məlumat verib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, 6 bölgədə həyəcan təbili çalıb. Daha sonra Hərbi Hava Qüvvələri Xerson və Nikolayev vilayətlərində düşmənin zərbə PUA-larından istifadə etməsi təhlükəsi barədə məlumat verib. Saat 21:45-də Odessa vilayətində hava hücumu xəbərdarlığı elan edilib. Bölgənin Zaporojye və Donetsk vilayətlərində də raket təhlükəsi barədə məlumatlar var.

Saat 23.17-də hava hücumu xəbərdarlığı Vinnitsa, Çerkassı və Kirovoqrad vilayətlərinə yayılıb. Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol