Bu gün Ermənistan mətbuatının Qarabağdan çıxan, yaxud Xankəndidə qalan ermənilərin vəziyyəti və sayı barədə ən çox istinad etdiyi separatçı ünsürlərdən biri qondarma qurumun sabiq “ombudsmanı” Artak Beqlaryandır. Erməni mətbuatının məhz ona istinadla yaydığı son məlumata görə, guya Qarabağda cəmi bir neçə yüz erməni qalıb. Beqlaryan məlumat verib ki, Xankəndidə qalanlar əsas etibarilə yalnız “məmurlar”, həkimlər, fövqəladə xidmət əməkdaşlarıdır.
Ümumiyyətlə, Beqlaryan son bir neçə gündə həmişəki saxtakarlıq və iftiralarla dolu paylaşımlarını daha da artıraraq, yalançı “etnik təmizləmə”, hətta “soyqırım” barədə “məlumatlar” yayır və erməni mətbuatı, eləcə də xarici mətbuat ona istinadlar edir. Bəzən bu iftiraların “dozası” o qədər çox olur ki, onları adi məntiqlə anlamaq belə mümkün olmur. Məsələn, Beqlaryan ötən günkü paylaşımlarının birində yazıb: “”Artsax”da bir neçə min adam qalıb və onlar da tez köçmək üçün öz növbələrini gözləyirlər. Qalanlar ya Ermənistanda, ya da yoldadırlar. Heç kim Azərbaycanın zülmü(?) və sərt təhlükəsi(?) altında yaşamaq istəmir. Bu, beynəlxalq dəstəkli(?) soyqırım deyil də, nədir?”
Erməni mətbuatının aparıcı təmsilçiləri bu sarsaq iddiaları tirajlayaraq, özlərinin də Beqlaryan qədər axmaq, saxtakar və məntiqsiz olduqlarını ifşa ediblər. Soyqırım və etnik təmizləmə anlayışlarının beynəlxalq hüquqda açıq izahı var. Bunlar ağır beynəlxalq cinayətlərdir. Lakin kimsə Beqlaryanın özünün dediyi kimi, Azərbaycan dövlətinin, yaxud hər hansı başqa bir dövlətin tabeliyində yaşamaq istəmir və ölkəni tərk edirsə, bunun “etnik təmizləmə”, “soyqırım” kimi izah edilməsi və qələmə verilməsi saxtakarlığın, yalanın, məntqisizliyin və şər-böhtanın son əlçatmaz nöqtəsidir. Hətta beynəlxalq hüquqdan, qanundan bixəbər olan istənilən ən savadsız Yer planeti sakini də başa düşür ki, bunun nə soyqırım, nə də etnik təmizləmə ilə heç bir əlaqəsi ola bilməz. Beləliklə də bu cür həşəratlar həm özlərini, həm də saxta “etnik təmizləmə”, “soyqırım” tezislərini ifşa edirlər.
İndi maraqlı olan hazırda Qarabağda əli silahla Azərbaycana qarşı hərbi cinayətlər törətmiş terrorçulardan heç də az cinayətkar olamayan bu “ombudsman”ın harada olmasıdır. Azərbaycanın sentyabrın 19-da keçirdiyi əməliyyatdan əvvəl onun səsi-sorağı Xankəndidən gəlirdi. Böyük ehtimalla, bu çirkin həşərat həmin vaxta qədər rus hərbi kontingentinin müvəqqəti nəzarətindəki ərazilərdə idi. 4 gün əvvəl isə Beqlaryan özünün sosial şəbəkə səhifəsində yazıb ki, “mən azadlıqda və təhlükəsiz yerdəyəm”. O, bildirib ki, müxtəlif təhdidlər alsa da, Azərbaycan heç vaxt onu nədəsə ittiham və təqib etdiyinə dair rəsmi məlumat yaymayıb. Buna baxmayaraq, Beqlaryan yazıb ki, hazırda harada olduğunu “təhlükəsizlik maraqları” səbəbindən açıqlaya bilmir.
Belə görünür ki, bu fitnəkar artıq Azərbaycan ərazisində deyil və Ermənistanda hansısa siçan deşiyinə girib. Onun nə qədər rəzil durumda olduğunu isə hətta Ermənistanda da harada olduğunu deməkdən qorxmasıdır. Yox, əgər hələ də Qarabağdadırsa(hansı ki, az ehtimal olunur), o zaman Ruben Vardanyanın kamera yoldaşı olmağa ən çox layiq olan sima(sız)lardan biri də məhz odur.
C.Məmmədov
“AzPolirtika.info”

Şərhlər
Maraqlıdır ,biz öz doğruluğumuza inanmırıq ,çünki bizə həmişə yalan deyilib ,ermənilər öz yalanlarına inanır və dünyanıda inandıra bilir